Ramiz Mehdiyevin komandasında narahatlıq

7-02-2015, 10:08   
Ramiz Mehdiyevin komandasında narahatlıq

Qərib Məmmədovdan sonra Ramil Usubov hədəfə gələcək?
Hesablama Palatası ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları aşkarlayıb. Bu barədə qurumun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Hesablama Palatası 5 fevral tarixli Kollegiya iclasında bütün materialları hüquq mühafizə orqanları və Milli Məclisə təqdim etməyi qərara alıb.
Ölkə başçısı Ilham Əliyev fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən ləğv edilmiş komitənin funksiyası Dövlət Əmlak Məsələləri Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölünüb.
Komitənin sədri Qərib Məmmədov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasının üzvü olduğu üçün Ilham Əliyevin bu fərmanı bəzi mülahizələrə səbəb olub. Belə ehtimallar var ki, artıq PA rəhbərinin komandasının zərərsizləşdirilməsinə start verilib. Ramiz Mehdiyevin səhhətindəki problemlərlə bağlı ortalıqda görünməməsi hakimiyyətdaxili rəqiblərini hərəkətə gətirib. Və ilk olaraq Qərib Məmmədov hədəfə gəlib.

“Azadlıq”a daxil olan məlumatlardan görünür ki, mülahizələrin əsassız deyil. Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyevin səhhətində yaranmış problemlər üzündən proseslərdən kənarda qalması komandasında ciddi narahatlıq yaradıb. Çünki hakimiyyət dəhlizlərində PA rəhbərinə yaxın kadrların “vurulması” müzakirə mövzusudur. Iddialara görə, Qərib Məmmədovdan sonra Ramiz Mehdiyevin komandasında ən güclü fiqurlardan olan daxili işlər naziri Ramil Usubova “əlvida” deyilə bilər. Iddia olunur ki, son günlər polislə bağlı baş verən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.