“İŞİD başlatdığı bu terror aktında uşaqlardan istifadəni genişləndirəcək”. Axar.az-ın CNN-ə istinadən xəbər verir ki, bu sözlər Birləşmiş Millətlər Təşkilatının açıqlamasında yer alıb. Məlumatda qeyd olunur ki, İŞİD uşaqları qul kimi satmaq üçün onların hər birinə müəyyən qiymət qoyacaq. Açıqlamada həm də terrorist qrupun sonrakı planlarında daha qəddar addımlara və zorakılığa yol verəcəyi və bu zorakılığın ən böyük qurbanının uşaqlar olacağı vurğulanıb. BMT-nin uşaq hüquqları üzrə eksperti Rineyt Vinter 8 yaşından döyüşçü kimi yetişdirilən uşaqların aqibətindən də danışıb: “Biz əqli cəhətdən təsirlərə məruz qalmış uşaqların vəziyyətini nəzərə almalıyıq. Bu uşaqlar ətrafda nə baş verdiyini və onları nə gözlədiyini anlamadan kamikadzelərə çevrilirlər. Bəziləri isə 8 yaşında döyüşçü kimi yetişdirilmiş uşaqlardır”. Vinter qeyd edib ki, İŞİD uşaqların çoxunu əsir kimi eyni yerdə saxlayır. Yaxında qiymət qoyub onları qul kimi satacaqlar.