Almaniyanın Münhen şəhərində Ukrayna böhranı və ondan çıxış yolları ilə bağlı ABŞ-Almaniya-Ukrayna danışıqları başlayıb.
Musavat.com-un məlumatına görə, danışıqlarda Almaniya kansleri Angela Merkel, ABŞ-ın vitse-prezidenti Vo Bayden və Ukrayna prezidenti Pyotr Poroşenko iştirak edir. Münhen danışıqları Moskvada bir gün öncə baş tutmuş Merkel-Olland-Putin üçtərəfli görüşünün davamı hesab edilir.
Az öncə Almaniya kansleri Donbasda atəşkəsin əldə olunmasına dair yeni anlaşmanın yerinə yetiriləcəyinə zəmanət olmadığını söyləmişdi.
Musavat.com