Həbs edilən fəal Kəmalə Bənənyarlı polisdə döyülüb- ŞOK İDDİA

7-05-2014, 18:37   
Həbs edilən fəal Kəmalə Bənənyarlı polisdə döyülüb
Dünən "Nida"çıların məhkəməsindən sonra saxlanılan AXCP üzvü Kəmalə Bənənyarlı ilə bağlı müdhiş xəbərlər yayılmaqdadır.
Kəmalə Bənənyarlı Nəsimi Polis İdarəsində saxlanılıb. Bu arada azadlıq.info xəbər yayıb ki, Kəmalə Bənəniyarlı ilə birgə polis idarəsində saxlanılanların verdiyi məlumata görə, o, idarədə döyülüb . Hətta 20-25 dəqiqə müddətində döyülən Bənəniyarlının səsi polis idarəsinin yuxarı mərtəbələrində belə eşidilirmiş. Sonra onun səsi birdən kəsilib və daha ondan hər hansı xəbər almaq mümkün olmayıb.
"Təəssüflər ki, indicə Nəsimi Rayon polis idarəsində Kəmalə Bənənyarlı ilə birlikdə olan bir nəfər mənə yazdı. Mən belə başa düşdüm ki, orda çox ciddi xoşagəlməzlik olub. Hətta həyati dərəcədə". Bu statusu AXCP Rəyasət Heyyətinin üzvü Seymur Həzi Facebook sosial şəbəkəsində yazıb. Seymur Həzi bu gün bu haqda ətraflı məlumat veriləcəyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.