Rusiya savaş istəməsə də ölkəyə qarşı çirkin oyunlar aparılır
Rusiya heç kimlə müharibə etmək fikrində deyil.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.
Putin bildirib ki, Rusiya savaş istəməsə də ölkəsinə qarşı çirkin oyunlar aparılır.
"Bizim ölkəmizə qarşı müharibə gedir. Amma Allaha şükür, həqiqi müharibə yoxdur. Amma ölkəmizin istənilən sahədə inkişafının qarşısını almağa cəhd edirlər", - deyə prezident bildirib.
Putin onu da əlavə edib ki, hazırda bəziləri rəhbəri ABŞ olan birqütblü dünya yaratmağa çalışır:
"Belə nizamsız dünyanın yaranmasına Rusiya imkan verməyəcək. Əgər kimsə işğal altında yaşamaq istəyirsə, biz ona mane olmayacağıq. Bizim müharibə etmək fikrimiz yoxdur. Hər kəslə tərəfdaşlıq etməyə çalışırıq".
Prezident onu da bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar heç bir effekt verməyəcək.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland bu gün açıqlama verib ki, Ukraynada uzunmüddətli sülhə nail olunmazsa, böyük müharibə qaçılmazdır.
Mənbə
ANS PRESS