Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışda Rusiya-AB strateji ortaqlığının sınağa tab gətirmədiyini bildirib. Axar.az xəbər verir ki, Ukrayna böhranının hər mərhələsində ABŞ-ın atdığı addımların problemin daha da dərinləşməsinə səbəb olduğunu deyən Rusiyanın baş diplomatı Moskva danışıqlarının gərginliyin həllinə təsir edə biləcəyini deyib: “Moskvada aparılan danışıqlar Ukrayna böhranının həlli üçün şans yaradır. Rusiya sülh prosesi üçün israr edəcək. Rusiyanın Qərb tərəfdaşları qarşıdurma bölgəsindəki riskin ölçüsünün fərqinə varmalıdır. Bütün mürəkkəb problemlərdə ABŞ bizi günahlandırır. Məsələn, orta mənzilli nüvə silah razılaşması ilə əlaqədar müzakirələr”. Lavrov ABŞ və Avropanın Rusiyasız təhlükəsizdə olmayacağını bildirib: “Avropanın təhlükəsizliyi Rusiya ilə, yoxsa Rusiya olmadan təmin ediləcək? Bu suala cavab vermək lazımdır. Əgər ortaqlarımız Avropada bölünmənin dərinləşməsini və parçaların uzaqlaşmasını istəyirsə, biz bunu anlaya bilərik. Siz Rusiya ilə, Rusiyasız, yaxud Rusiyaya qarşı yeni bir təhlükəsizlik təşkilatı yaratmaq istəyirsiniz?” - See more at: http://axar.az/news/43012#sthash.LXXuKGsJ.dpuf