Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
“A24.az”ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycanda 19-40 yaşlı qadınların müxtəlif hərbi vəzifələrə qəbulu mümkün olacaq.
Qərarda deyilir:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” təsdiq edilsin (əlavə olunur).
Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və QAYDASI
1. Ümumi müddəalar
1.1. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra – Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları
2.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
2.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
2.3. Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər.
2.4. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar.
2.5. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər.
2.6. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçulara, hərbi vəzifəlilərə və hərbi qeydiyyatda olmayan qadınlara bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında şəxsi iş tərtib edilir.
2.7. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sənədlər əsasında şəxsi iş tərtib edilir.
2.8. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.
2.9. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslərin müəyyən olunmuş tələblərə uyğun olaraq həqiqi hərbi xidmətə qəbul və ya imtina edilməsinə dair rəyin verilməsi bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə həvalə edilir.
2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
2.10.1.müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
2.10.2.xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular;
2.10.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
2.10.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
3. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın qaydası
3.1.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.
3.2. Hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarına, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir.
3.3. Zərurət yarandığı halda, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınlarınsənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir.
3.4. Şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
3.4.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.4.2.ərizə və ya raport;
3.4.3. şəxsən yazılmış tərcümeyi-hal;
3.4.4. xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
3.4.5.təhsil haqqında sənədin surəti;
3.4.6.doğum haqqında şəhadətnamənin surəti;
3.4.7.nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
3.4.8. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
3.4.9. 4 ədəd (başıaçıq, anfas) 3×4 sm ölçüdə və 2 ədəd 9×12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5×6 sm ölçüdə);
3.4.10. məhkumluğun olub-olmaması barədə arayış.
3.5. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlər aşağıdakılardır:
3.5.1.sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı;
3.5.2.rejim obyektlərində işə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.
3.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bu Qaydanın 3.4.1-ci, 3.4.2-ci, 3.4.5-ci, 3.4.9-cu yarımbəndlərində göstərilmiş sənədlər təqdim edilir.
3.7. Bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətə qəbulla bağlı bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
3.7.1. ailə tərkibi və yaşayış yerinin yoxlanılması;
3.7.2. tibbi şəhadətləndirmənin keçirilməsi (Hərbi-həkim komissiyası);
3.7.3. peşə-psixoloji seçim üzrə tədbirlərin keçirilməsi;
3.7.4. bilik, bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması.
3.8. Peşə psixoloji seçim üzrə tədbirlər bu sahə üzrə mütəxəssislər tərəfindən aparılır. Bu zaman namizədlərdə aşağıdakılar qiymətləndirilir:
3.8.1. intellektual inkişafın səviyyəsi;
3.8.2. hərbi xidmət keçməyə psixoloji cəhətdən hazırlıq dərəcəsi;
3.8.3. dərketmə qabiliyyəti (qavrama);
3.8.4. məntiqli düşünmə qabiliyyəti;
3.8.5. ünsiyyət yaratmaq bacarığı.
3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir:
3.9.1. ikilivətəndaşlığıvə yadigərdövlətlərqarşısındaöhdəlikləriolduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla);
3.9.2.məhkumluğuödənilmədikdəvəyaüzərindəngötürülmədikdə, həmçinin ağırvəyaxüsusilə ağır cinayəttörətdikdə;
3.9.3. təqdim edilən sənədlərdətəhrifolunmuşməlumatlarınqeydedilməsiaşkarolunduqda;
3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbişəhadətləndirməninnəticəsinəgörəhəqiqihərbixidmətəyararsızhesabedildikdə;
3.9.5. peşəpsixolojiseçimdənkeçmədikdə;
3.9.6. bilik, bacarıqvəfizikihazırlıqsəviyyəsimüəyyənedilmiştələblərəcavabvermədikdə;
3.9.7. öyrənilmətədbirlərikeçirilənzamanhəqiqihərbixidmətəqəbulamaneolandigər hallarmüəyyənedildikdə.
3.10. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək öz istəyindən imtina edə bilər.
3.11. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulmuş tələblərə cavab verməyən, bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan imtina edirlər.
3.12. Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə könüllü daxil olduqda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında həqiqi hərbi xidmətə daxil olmağa dair bağlaşma eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 1 nömrəli əlavə). Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxəsi (nüsxələri) isə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanının aidiyyəti qurumunda saxlanılır.
3.13. Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həqiqi hərbi xidmətə könüllü daxil olduqda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında həqiqi hərbi xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 2 nömrəli əlavə).
3.14. Tərtib edilmiş bağlaşma bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən imzalanır.
3.15. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.
3.16. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər.
3.17. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.
3.18. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilmiş hərbi vəzifəlilər və hərbi qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları barədə şəxsi heyət üzrə əmrlərdən çıxarışların bir nüsxəsi və ya məktub hərbi qeydiyyatdan çıxarılması üçün onların hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilir.
3.19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən bağlaşma əsasında hərbi xidmətə qəbul edilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarının hərbi biletləri onların hərbi qeydiyyatdan çıxarılması barədə qeydlər aparılmaqla, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə göndərilir.
3.20. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab edilir.
3.21. Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar.
3.22. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir.
3.23. Hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir.
3.24. Bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda, toplanmış sənədlər müvafiq qaydada məhv edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən götürülmüş şəxsi işlər həmin orqanlara qaytarılır.
3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir:
3.25.1. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
3.25.2. gizirlər və miçmanlar üçün – 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır;
3.25.3. ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;
3.25.4. bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.
4. Yekun müddəalar
4.1. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
4.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan hərbi qulluqçuların hərbi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
________________
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın halları və Qaydası”na
1 nömrəli əlavə
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışbaşqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında
B A Ğ L A Ş M A
“_____” ______________ 20 ______ il
Biz, aşağıda imza edənlər, bir tərəfdən ________________________
(hərbi hissənin və ya müvafiq dövlət orqanının adı)
komandiri (rəisi)_______________________________________şəxsində
(hərbi rütbəsi, soyadı, adı, atasının adı)
Azərbaycan Respublikasının müvafiq dövlət orqanı, digər tərəfdən _____________________________________________________________
(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər tutaraq aşağıdakı bağlaşmanı bağladıq.
1. Tərəflər aşağıdakı öhdəlikləri qəbul edirlər:
1.1. mən, ______________________________________________
(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə bağlaşma üzrə könüllü surətdə hərbi xidmətə daxil olarkən:
1.1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ______ il müddətində ____________________
(hərbi hissənin və ya müvafiq dövlət orqanının adı, heyəti)
vəzifəsində xidmət etməyi;
1.1.2. bağlaşma üzrə hərbi xidmətdə olduğum müddətdə mənə həvalə edilmiş xidməti vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi;
1.1.3. komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi;
1.1.4. Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, mənə tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyimi;
1.1.5. törətdiyim hüquqazidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı öhdəmə götürürəm.
1.2. Azərbaycan Respublikasının müvafiq dövlət orqanı:
1.2.1. __________________________________________________
(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)
və onun ailə üzvləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqi müdafiəni, sosial zəmanət və güzəştləri təmin etməyi;
1.2.2. hər ay ştat vəzifəsi üzrə müəyyən olunmuş pul vəsaiti ilə təmin etməyi;
1.2.3. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə və müəyyən olunmuş qaydaya əsasən növbəti və digər məzuniyyətlər verməyi;
1.2.4. hərbi qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi qulluqçular üçün nəzərdə tutulan təminat hüquqlarını təmin etməyi öhdəsinə götürür.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda, bağlaşma ləğv edilir.
3. Bağlaşmanın qüvvədə olma müddəti bağlaşma Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq edildiyi andan başlayır və həmin şəxsin şəxsi heyətin siyahısından çıxdığı gün qüvvədən düşmüş hesab edilir.
4. Bağlaşmanın müddətinin bitməsinə ən azı üç ay qalmış tərəflər yeni bağlaşmanın imzalanmasına və ya bağlaşmanın bitməsinə dair qarşılıqlı olaraq bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər.
5. Bu bağlaşma hər biri eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir.
Azərbaycan Respublikasının müvafiq dövlətorqanı____________________
(hərbi hissənin və ya müvafiq dövlət
orqanının adı)
Bağlaşma bağlayan şəxs
___________________________
(hərbi rütbəsi, imzası, soyadı, adı,
atasının adı)
Müvafiq dövlət orqanının rəhbəri _______________________________
(hərbi rütbəsi, imzası, soyadı, adı)
___________________________
M.Y.
6. Həqiqi hərbi xidmətin müddətinin uzadılması
6.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ______________________________________
(hərbi qulluqçu heyəti )
vəzifələrində həqiqi hərbi xidmət müddətimi ______________________il
(rəqəm və yazı ilə)
“___”_________20___ ilədək artırmağınızı xahiş edirəm.
Azərbaycan Respublikasının müvafiq dövlətorqanı
____________________________(hərbi hissənin və ya müvafiq dövlət orqanının adı)
Bağlaşma bağlayan şəxs
______________________________
(hərbi rütbəsi, imzası, soyadı, adı və
atasının adı)
Müvafiq dövlət orqanının rəhbəri ____________________________
(hərbi rütbəsi, imzası, soyadı adı)
______________________________
M.Y.
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın halları və Qaydası”na
2 nömrəli əlavə
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında
Ö H D Ə L İ K
_____________________________________________________________
(hərbi hissənin və ya müvafiq dövlət orqanının adı)
Mən, aşağıda imza edən_______________________________________
(hərbi rütbəsi, soyadı, adı, atasının adı)
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə tanış olaraq,
_____________________________________________________________
(hərbi xidmətin növü)
həqiqi hərbi xidmətə könüllü daxil olarkən öhdəlik götürürəm:
a) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə
________________________________________________
(hərbi qulluqçuların heyəti) (rəqəm və yazı ilə)
qulluq etməyə;
b) _________________________________________ həqiqi hərbi
(hərbi xidmətin növü)
xidmətdə olarkən, Azərbaycan Respublikası Konstitusiyasının, qanunla-rının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, mənə tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyəm.
_____________________________________________________________
(hərbi rütbəsi, imzası)
“___”__________20_____il