Azərbaycan İkinci Qarabağ savaşına başlaya bilərmi? - "Həftənin manşetləri" analitik proqramı, VİDEO
8-02-2015, 12:59
Musavat.com bu həftə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş "Həftənin manşetləri" analitik proqramını təqdim edir.
Proqramda aşağıdakı suallara cavab tapa bilərsiniz:
- Azərbaycan İkinci Qarabağ savaşına başlaya bilərmi?
- Ölkə başçısının Almaniya səfəri Qərb-Azərbaycan münasibətlərində nəyi dəyişəcək?
- Paralel dövlət qurumlarının ləğvi ilə hökumət nəyə nail olacaq?
- Müsavatdakı son proseslər partiyanın imicinə necə təsir edir?
- Dünya üçüncü böyük müharibə təhlükəsiylə üz-üzə: Rusiya-Qərb-Amerika qarşıdurması nə ilə nəticələnəcək?
- Azərbaycanda proqnozlaşdırılan iqtisdi böhrandan çıxış yolu nədir?
Bütün bunlar haqqında daha ətraflı "Həftənin manşetləri" analitik proqramında müsahibimiz Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı danışacaq.