Ötən əsrin 30-cu illərindən başlayaraq aclıq aksiyaları siyasi və sosial etirazın yeni növünə çevrilib. İrəli sürülən tələblər çox vaxt öz məqsədinə çatmasa da, aclıq aksiyaları həmişə ictimaiyyətin diqqətini mövcud problemə yönəltmək üçün effektiv vasitə hesab olunub.
Modern.az dünya tarixində ən rezonanslı və davamlı aclıq aksiyalarının qısa tarixçəsini təqdim edir.
Qarabağ əlilləri - 30 gün
2001-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən Qarabağ Əlillər Cəmiyyəti müharibə iştirakçıları olan qazilərin sosial vəziyyətinin yaxşılaşdırlması, onlarla ayrılan təqaüdlərin artırılması və ləğv olunmuş imtiyazlarının bərpası tələbilə aclıq aksiyasına başlamışdılar. Aksiyaya Bakıdakı baş qərargah da daxil omaqla cəmiyyətin 72 rayon təşkilatının ümumilikdə 1000-dən artıq üzvü qoşulmuşdu. Qarabağ əlillərinin aksiyası fevral ayının 23-nə qədər davam edib və Azərbaycan tarxinidə ən uzunmüddətli aclıq aksiyalarından biri hesab olunur. O zaman hökumətin aksiyaya reaksiya vermədiyini görən əlillər sonda sudan da imtina edərək, ölüm aclığına keçdilər və yalnız bundan sonra rəsmilər hadisəyə müdaxilə etdilər. Müdaxilə nəticəcində aksiyaya qoşulan Qarabağ əlillərinin bir qrupu həbsə atıldı, tələblər rədd edilməklə Qarabağ Əlillər Cəmiyyəti də ləğv olundu.
Mustafa Cəmilov – 303 gün.
Krım tatarlarının siyasi lideri olan Mustafa Cəmilov hüquq müdafiəçisi kimi Sovet İttifaqında insan haqlarının pozulması faktlarını işıqlandırdığı üçün dəfələrlə həbs olunub. “Antisovet fəaliyyəti” ittihamı ilə 1966-1986-cı illərdə 6 dəfə həbsə atılıb. O, 1974-cü ildə növbəti dəfə həbs edilməsinə etiraz əlaməti olaraq, aclıq aksiyası elan edib. 303 gün davam edən bu aclıq aksiyası zamanı Mustafa Cəmilova zorla zond vasitəsilə qida yedizdirilib. Dünyanın bir çox hüquq müdafiəçilərinin və Nobel mükafatı laureatları onun azad olunması üçün Sovet hökumətinə müraciət ünvanlamışdılar. 1975-ci ildə məhkəmənin qərarı ilə Mustafa 2,5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldıqdan sonra çoxsaylı xahişlər qarşısında kasiyanı dayandırmışdı.
Mustafa Cəmilov 1991-2013-cü illərdə Krım-tatar Məclisinin sədri olub. Yarımadanın Rusiya tərəfindən ilhaqından sonra məcburi mühacirətdədir.
Çarlz Hayder – 218 gün.
Amerikalı astofizik-alim Çarlz Hayder bütün dünyada sülhün bərqərar olunmasını arzulayıb. O bu məqsdələ 1986-cı il sentyabrın 23-də aclıq aksiyasına başlamışdı. Onun aksiyasının əsas tələbi Ronald Reyqan hakimiyyətinin Sovet İttifaqı ilə silah yarışından imtina etməsi və 2000-ci ilə qədər ölkədə bütün nüvə başlıqlarının məhv edilməsi idi. Ameriklaı alimin bu addımı Sovet İttifaqında da Hayderin adını populyar etmişdi. 218 gün davam edən aksiya SSRİ prezidenti Mixail Qorbaçocun aclığı dayandırmaqla bağlı xahiş məktubundan sonra başa çatmışdı. Lakin 218 gün ərzində yalnız isti su və dəniz duzu qəbul etdiyini desə də, çoxsaylı şahid ifadələrinə görə alim gizlincə vitamin qəbul edirmiş. Çarlz Hayder 2004-cü il iyunun 21-də dünyasını dəyişib.
Andrey Saxarov – 178 gün.
Sovet fiziki və hüquq müdafiəçisi. Saxarov “antosovet fəaliyyəti” ittihamı ilə bir neçə dəfə həbs və sürün həyatı yaşayıb. Buna etiraz olaraq o, 3 dəfə uzunmüddətli aclıq aksiyaları keçirib.
1981-ci ldə gəlini Yelizaveta Alekseyevanın xarici ölkəyə buraxılmasına nail olmaq üçün 17 günlük aclıq aksiyası keçirmişdi.
1984-cü ildə həyat yoldaşı Yelena Bonnerə qarşı saxta ittihamlarla cinayət işinin açılmasına görə isə 26 gün qida qəbulundan imtina etmişdi.
1985-ci ilin aprelində isə Saxarov həyat yoldaşının gözündə cərrahi əməliyyat aparılması üçün xaricə göndərilməməsinə etiraz əlaməti olaraq 178 günlük aclıq aksiyasına başlamışdı. Aksiyanın 6-cı günü zorla xəstəxanaya yerləşdirilən Saxarov qida qəbuluna məcbur edilir.
İnsan hüquqları sahəsindəki xidmətlərinə görə 1975-ci ildə Nobel Sülh mükafatına layiq görülən alim 1989-cu il dekbasrın 14-də Moskvada vəfat edib.
Gilyermo Ernandes – 133 gün.
Ernandes kubalı psixoloq, jurnalist və dissidentdir. Fidel Kastro hakimiyyətinə qarşı müxalif olduğu üçün ömrünün 11 ilini həbsxanalarda keçirib. Uzun illər ərzində 23 müxtəlif aclıq aksiyasında iştirak edib. 2010-cu il fevralın 25-də həbsxanada olarkən siyasi motivlərlə həbs olunan məhbusların azadlığa buraxılması üçün müddətisz aclıq elan edib. 133 gün davam edən aksiya zamanı yalnız su qəbul etmişdi. 2010-cu il iyulun 4-də sağlamlığı kritik həddə çatan Ernandes aylarla xəstəxanada müalicə almışdı. 2010-cu il iyulun 7-də Fidel Kastro hökuməti 52 siyasi məhbusu azad etməyə məcbur oldu. Bundan bir gün sonra Gilyermo Ernandes aclığı dayandırdı. O, hazırda hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirir.
Svami Niqamananda – 115 gün.
Niqamananda hindistanlı ekoloqdur. 2011-ci il fevralın 19-da Qanq çayına sənaye tullantılarının axıdılmasına etiraz olaraq aclıq aksiyası elan etmişdi. 115 günlük aksiya 34 yaşlı Niqamanandanın ölümü ilə başa çatıb. Onun aclıq etirazı nəticə verməsə də, hadisə bütün dünyada geniş əks-səda doğurdu.
Bobbi Sens – 66 gün.
Bobbi Sens 1981-ci ildə Britaniya qoşunlarına qarşı silahlı mübarizə aparan İrlandiya Respublika Ordisunun üzvü kimi həbs olunmuşdu. 1981-ci il martın 1-də təşkilatdan olan 9 üzvlə birlikdə həbsxana forması daşımamaq və “xüsusi məhkum statusu” almaq tələbi ilə müddətiz aclıq aksiyasına başlamışdı. Mayın 5-də - aksiyanın 66-cı günündə aclıqdan vəfat etmişdi. Növbəti aylarda daha 9 irland aksiyanın qurbanı olub.
Bobbi Sensin ölümü məhbuslara güzəştə getməyən Britaniya baş naziri Marqaret Tetçerin kəskin tənqid olunması və İrlandiya Respublika Ordusunun radikallaşması ilə nəticələnmişdi.
Hadir Adnan – 65 gün.
Adnan “İslami Cihad” qruplaşmasının liderlərindən biri sayılır. O 2011-ci il dekbarın 17-də İsrail xüsusi xidmət orqanları tərəfindən terrorizmdə suçlanaraq həbs olunmuşdu. Dərhal da aclıq aksiyasına başlayaraq, həbsinə etiraz etmişdi. 2012-ci il fevarlın 21-də İsrail hakimiyyəti onun azad olunmasını vəd etdikdən sonra 65 günlük aksiyanı dayandırmışdı. Həmin il aprelin 17-də azadlığa buraxılmışdı.
Vüqar İsmayılov