Azərbaycanlı məmur məşhur türk cərrahı Bakıdan qovdurdu— Şok

7-05-2014, 18:50   
Azərbaycanlı məmur məşhur türk cərrahı Bakıdan qovdurdu
Məşhur türk onkoloq cərrah Hamdi Köçər Bakıdan qovulub.

Bu haqda məşhur həkim öz Facebook səhifəsində məlumat verib. Hamdi Köçer bildirib ki, mayın 3-də Bakıda yerləşən «Elva» Sağlamlı Klinikasında xəstələrini müalicə etməyə gəlibmiş.
» Mayın 3-də 21 , 4-də isə 31 xəstəni qəbul etdim. Mayın 5 günü isə 20 xəstə qəbula yazılmışdı. Lakin yüksək vəzifəli bir məmur Klinikaya zəng edərək , mənim orada çalışmama izn veriləcəyi təqdirdə «Elva»nın bağlanılacağı xəbərdarlığını etdi. Bundan sonra mən xəstələrimi müayinə etmədən mayın 5-də İstanbula geri döndüm. Qəbula yazıldıqları hala, görə bilmədiyim bütün xəstələrdən üzr istəyirəm. Ancaq bilin ki, bunun sorumlusu mən deyiləm. İnsanların sağlamlığı olan yerdə , manapoliya olurmu»

Qeyd edək ki, bir müddət öncə, Hamdi Köçər Azərbaycan Milli Onkologiya Mərkəzini ittiham etmişdi. O, Milli Onkologiya Mərkəzinin həkimlərini müalicəsi mümkün olan xəstələri pula görə, əməliyyat etməkdə ittihamlandırmışdı. Bundan sonra, Hamdi Köçərlə Səhiyyə nazirliyi və Onkologiya Mərkəzi arasında qalmaqal yaşanmışdı.

Xatırladaq ki, Hamdi Koçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.