Qaribaşvili: “Moskva ilə danışıqlara hazırıq”

8-02-2015, 15:01   
Qaribaşvili: “Moskva ilə danışıqlara hazırıq”
“Tiflis Moskva ilə danışıqlara hazırdır”.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı söyləyib.


O, Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə imzalayacağı müqavilədən Tiflisin narazı olduğunu bildirib. Qaribaşvili tərəflər arasında baş tuta biləcək görüşdən konkret nəticənin götürülməsinin vacib olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Gürcüstanın Xarici İşlər naziri Tamara Beruçaşvili Gürcüstan prezidenti ilə Vladimir Putin arasında görüşün Moskvada keçirilməsini istəmədiklərini açıqlamışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.