“İŞİD Türkiyə üçün ciddi təhlükəyə çevrilib”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, nəinki Türkiyə, o cümlədən region və dünyanın digər ölkələrinə ciddi təhlükə yaranıb.
“Qarşımızda İŞİD kimi problem var. Bir çoxumuz ərəb dünyasında, Orta Şərqdə demokratiya və sağlam çevriliş üçün çox çalışdıq. Bu səbəbdən ərəb gənclərinin demokratiya tələblərini dəstəklədik. Amma təəssüf ki, demokratiyanı dəstəkləmək yerinə bəzi avtokratik qüvvələrin və terror qruplarının dəstəkləndiyi ortaya çıxdı. Yaxın Şərqdəki bu problemlər təkcə həmin ərazini deyil, hətta Yaponiya və İordaniyaya təhlükə yaratdı. Türkiyə isə bütün bunların tam mərkəzindədir”, - deyə o vurğulayıb.