“Qərb koalisiyasının hava hücumları “İslam dövləti” ilə bacara bilməz. İŞİD-ə qarşı tədbirlər təhlükənin miqyasına uyğun gəlmir”.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Putin bunu Misirə səfərindən öncə “Əl-Əhram” qəzetinə müsahibəsində deyib.
Putin BMT-nin Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edilən bombardmanları qanunsuz addım adlandırıb.
Putinin fikrinə görə, Suriya münaqişəsi kənar müdaxilə olmadan daxili qüvvələr hesabına həll edilməlidir.