"Bu gün hamı anlamağa çalışır ki, Rusiya Prezidenti Vladimir Putin necə də təhlükəli sürətlə irəli doğru hərəkət edir". Axar.az xəbər verir ki, bu barədə "Le Fiqaro" qəzetində yayımlanan məqaləsində fransız tarixçi Tomas Qomar deyib. Qomar Putinin I Nikolay kimi olmaq istədiyini bildirib: "Rusiya prezidenti öz avtoritarlığını daha gizlətmir. Putin özünü I Nikolayın varisi hesab edir. Ancaq o, Krım müharibəsini (1854-1856) uduzmuşdu. Krımda hakimiyyəti saxlamaq, onu gücləndirmək və müdafiə etmək lazım olacaq. Əgər Putin bacarsaydı, ABŞ-ın liderliyinin sonunu və Avropanın tənəzzülünü sürətləndirərdi". -