Bjezinski: “Putin bilməlidir ki, müharibə bahalı həzzdir”

10-02-2015, 16:52   

“Qərb Ukraynanı silahlandırmağa məcburdur. Moskva bilməlidir ki, Donbas hövzəsində müharibə bahalı həzzdir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə bir çağırışla məşhur amerikalı politoloq, ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbiqnev Bjezinski çıxış edib.

“Bəli, iqtisadi sanksiyalar lazımdır. Çünki sanksiyalar sonra ona gətirib çıxarır ki, rusiyalılar Putindən daha çox şübhələnməyə başlayırlar. Amma rusiyalıların Putindən hiss olunacaq dərəcədə şübhələnməsi və dərin inamsızlıq yaranması üçün Rusiyaya xüsusi cavab verilməlidir. Bu cavab isə Ukraynaya müdafiə silahının verilməsidir”, - Bjezinski deyib.

Amerikalı ekspertin fikrincə, Qərb Putinin Avropa ölkələrinə növbəti müdaxilə ssenarilərinə hazır olmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.