Bəşər Əsəd ABŞ-la anlaşdı: Hərbi əməkdaşlığa start verilir - FOTOLAR

10-02-2015, 19:10   
Bəşər Əsəd ABŞ-la anlaşdı: Hərbi əməkdaşlığa start verilir - FOTOLAR


“Agence France-Presse”in Beyrutdan verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə bəyan edib ki, onlar ABŞ-ın Suriya ərazisində cihadçılara qarşı keçirdiyi hava hücumları barədə məlumat alırlar. Prezident vurğulayıb ki, bu hücumlar “daha da ciddiləşsə” amerikalılar onların hökumətinə kömək etmiş olarlar.

Suriya lideri çərşənbə axşamı “BBC” radiosuna verdiyi müsahibədə Suriya ordusunun “barel bomba”lardan (neft çəlləklərinə müxtəlif tərkibli yüksək partlayış effekti yaradan kimyəvi maddələr dolduraraq, düşmən üzərinə atmaq) istifadə etməsi ilə bağlı iddiaları təkzib edib. Halbuki məhz belə bombalarla üsyançıların nəzarət etdiyi ərazilərdə minlərlə insanın öldürüldüyü söylənilir.

ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans sentyabrın 23-dən Suriya ərazisindəki İŞİD mərkəzlərinə hava hücumlarına başlayıb. O vaxt ABŞ rəsmi Dəməşqlə öz hücumlarını tənzimləmək istəmədi.



Həmin vaxt prezident Əsəd təsdiq etdi ki, onun hökuməti ilə hərbi birləşmə arasında heç bir əməkdaşlıq mövcud deyil. Eyni zamanda rəsmi Dəməşq bəyan etdi ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi birlik İŞİD-ə aid məntəqələri vursa da, bəzi üsyançı qrupları müdafiə edir.

“Bizim hərbi birliklə əməkdaşlığımız yoxdur, o qrupa ABŞ və bir neçə ərəb ölkəsi daxildir”, - deyə B.Əsəd vurğulamışdı.

“Bəzən onlar mesaj verirlər, yalnız ümumi mesaj... Dialoq yoxdur. Necə deyərlər ki, informasiya var, ancaq dialoq yoxdur”. Bu fikirlər də B.Əsədə məxsusdur.

Onda B.Əsəd deyirdi ki, əlaqə üçüncü tərəf vasitəsi ilə gerçəkləşir. Bəzən hətta İraq üçüncü tərəf kimi çıxış edirdi. Orada da Vaşinqton və Qərb ittifaqı İŞİD-ə qarşı hava hücumları həyata keçirirdi.



Prezident Əsəd təkid edirdi ki, beynəlxalq hərbi birlik rəsmi Dəməşqlə öz fəaliyyətini koordinasiya etmədikcə, Suriyanın quru qoşunları bu işə cəlb olunmayınca, onlar İŞİD-ə qarşı uğur qazana bilməyəcək.

Analitiklər deyirlər ki, ABŞ-ın İŞİD-ə qarşı hava hücumları təşkil etməsi Suriya hökumətinin digər üsyançılara qarşı mübarizə aparmaq imkanlarını genişləndirir. Bunu açıq hiss edən silahlı üsyançılar ABŞ-ı ittiham etməyə başladı.

İnsan hüquqları ilə məşğul olan təşkilatlar prezident Əsədi “barel bomba”larına görə xüsusi hiddətlə tənqid edirlər. Ancaq Suriya prezidenti bu kimi ittihamları “uşaq söhbətləri” adlandırıb: “Mən eşitməmişəm ki, ordu barel bombalarından və ya aşpaz qazanlarından istifadə etsin”.

Men walk through a damaged area after what activists said were at least 20 air strikes by forces loyal to Syria's President Bashar al-Assad in the Douma neighbourhood of Damascus

“Bizim bombalarımız, raketlərimiz və mərmilərimiz var”, - deyən prezident vurğulayıb ki, onlar qanundankənar silahlardan istifadə etmirlər: ”Biz terrorçunu nişan alıb, məhz ona atəş açırıq. Atəş açırıq ki, mülki insanları terrorçuların gətirdiyi təhlükədən qoruyaq”.

Prezident B.Əsəd 2013-cü ildə Dəməşqdən kənarda ordunun kimyəvi silahdan istifadə etməsi və nəticədə 1400 nəfərin ölməsi ilə bağlı iddiaları da rədd edib.

Agentlik xatırladır ki, 2011-ci ilin martında Suriyada hökumətə qarşı kütləvi yürüşlər başlayıb. O vaxtdan indiyə kimi 210 min nəfər öldürülüb.

İsveçrədə BMT-nin rəhbərliyi altında Suriyadaxili danışıqlar da heç bir nəticə verməyib.

Elbəyi Həsənli
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.