ABŞ səfiri Azərbaycan xalqına müraciət etdi - Video
10-02-2015, 23:22
ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Robert Sekutanın video-müraciəti yayılıb. Axar.az xəbər verir ki, ABŞ səfirliyinin Feysbuk səhifəsində yerləşdirilən video-müraciət yeni səfirin bəzi fikirləri Azərbaycan dilində səsləndirməsi ilə diqqəti çəkib. “Salam, mənim adım Bob Sekutadır” sözləri ilə başlayan müraciətdə R.Sekuta Azərbaycana gələcəyini səbirsizliklə gözlədiyini deyir. Təhsil almağa başladığı Corctaun Universitetinin “Riqqs” kitabxanasından etdiyi müraciətdə Sekuta Obamanın Azərbaycanda onu səfir təyin etməsindən şad olduğunu bildirir. 1991-ci ildən – Azərbaycanın müstəqillik qazandığı ildən ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərdən danışan yeni səfir müxtəlif sahələrdə geniş əməkdaşlığı xatırladır. Daha sonra isə Azərbaycanın tarixi abidələrinin, milli yeməklərinin adını çəkir. Videonu təqdim edirik: