Rus milyarderlər bu il nələr itirdi– Tam siyahı

8-05-2014, 10:31   

Ötən ilin sonlarından başlayan Ukrayna olayları və Krımın Rusiyaya ilhaq edilməsi dünyanın siyasi xəritəsi ilə yanaşı, iqtisadi mənzərəsini də dəyişdi. Bu hadisələrin çevrəsində dünya milyarderləri də müəyyən itkilərlə üzləşdilər. İqtisadi sanksiyaların tətbiq edilməsi isə rusiyalı varlıların gəlirlərinin azalmasına səbəb oldu. Mayın 6-na qədər 19 rusiyalı milyarderin ümumi sərvəti 214 milyard dollardır. Həmişə olduğu kimi, siyahıya 16,3 milyard dollarlıq varidatla Alişer Usmanov başçılıq edir. Dünya üzrə dövlətlilər siyahısında 49-cu olan Rusiyanın məşhur dəmir istehsalçısı həm də İngiltərənin “Arsenal” futbol klubunun səhmlərinin 30 faizinə sahibdir. Əlavə olaraq 4,8 milyard dollar hesablanmamış borcu olan Usmanov son bir ildə ancaq pul itirməklə məşğuldur. Ötən ilin mayın 5-dən bu tərəfə pullarının 19,3 faizini, yəni 3,9 milyard itirən rusiyalı milyarder son dəyişikliklər nəticəsində daha 0,2 faiz, yəni 31,7 milyon dollar puldan məhrum olub. Dünyanın 62-ci milyarderi olan Leonid Mikelsonun isə 15,1 milyard dollar sərvəti var. Gəlirinin 25 faizi enerji istehsalı və satışından əldə edən Mikelson Rusiyanın ikinci qaz istehsalçısı “Novatek” şirkətinin prezidentidir. Həmçinin “Pervobank”ın valyuta ehtiyatının 64,1 milyardı Leonid Mikelsona məxsusdur. Bir il ərzində 2,8 milyard dollar (15,7%) itki ilə üzləşən milyarder Ukrayna olayları başlayandan sonra daha 2,5 milyon dollar (təxminən 0,01 %) puldan məhrum olub. 15 milyard dollarla dünya 64-cüsü olan Viktor Vekselberq son bir il ərzində gəlirlərini 0,7 faiz, yəni 103 milyon dollar artırsa da, son hadisələr onun 0,3 faiz, yəni 43,2 milyon dollar itirməsi ilə nəticələnib. Onun hələ tam hesablanmamış borcu isə 3,2 milyard dollardır. İl boyu heç bir sent belə itirməyən rusiyalı milyarderlərdən biri Roman Abramoviçdir. 2013-cü ilin may ayının 5-dən 250,4 milyon dollar (03%) qazanan Abramoviçin ümumilikdə sərvəti 14,4 milyard dollardır. Son hadisələr dünya 69-cusu olan bu milyarderə qazanc gətirib. Belə ki, təkcə son 6 ayda o 6,2 milyon dollar pul qazanıb. Onun hələ tam hesablanmamış borcu 2,8 milyard dollardır. 14,2 milyrd dolları olan Mixail Fridman isə dünya milyarderləri arasında 75-ci yeri tutur. Son bir ildə kifayət qədər böyük məbləğ – 1,9 milyard dollar (11,6%) itirən Fridman Ukrayna hadisələrinin təsirindən də qaça bilməyib. Ümumi valyuta sərvətinin 06%-nə, yəni 82,2 milyon dollarına əlvida deyən milyarder həmçinin “Rosneft”in dövriyyədə olan kapitalının 5,1 milyard dollarlıq hissəsinin sahibidir. Milyarderlərin siyahısında 78-ci olan Vladimir Potanin 13,9 milyardın sahibidir. Son 365 gündə 332,9 milyon dollar itirən Potanın 6 ayın statistikasına görə 3,8 milyon dollar qazanıb. Soçi Qış Olimpiadası dövründə tikilən otellərin ona məxsus olduğu deyilir və onun da hələ tam hesablanmamış borcunun 1,5 milyard dollar olması iddia olunur. Rusiyanın adı siyahıda olan digər milyarderi Andrey Melniçenkodur. Onun 13,5 milyard dolları var ki, son bir ildə 1,2 milyard (8,3%), Ukrayna hadisələrinin nəticəsində isə 362,3 milyon dollar (2,6%) itirib. Xatırladaq ki, Melniçenko dünya milyarderlərinin siyahısında 81-cidir. Mixail Proxorov isə dünyanın 90-cı pullu adamıdır. 12,3 milyard dollar sərvətə malik bu şəxs 365 gündə 557,3 milyon (4,3%), son 180 gündə isə 35, 5 milyon dollar (0,3%) itki ilə üzləşib. Bu qədər itki ilə yanaşı, onun hələ tam hesablanmamış borcu 4,8 milyard dollar civarındadır. Rusiyalı milyarderlər sırasında 10,5 milyard sərvətlə 9-cu olan həmyerlimiz Vahid Ələkbərov isə dünya milyarderlərinin siyahısında 108-cidir. O, son bir ildə 1,9 milyard dollar (15,2%) itirsə də, Krım olayları onun 1 sent belə itirməsinə təsir etməyib. Həmyerlimizin hələ tam hesablanmamış borcunun 1,5 milyard olması açıqlanır. Həmyerlimizdən 100 milyon dollar az vəsaitə sahib olan Vladimir Lisin dünya 111-cisidir. Putinin uğursuz islahatlarından ən çox ziyan görənlərdən biri məhz bu milyarderdir. Son 1 ildə sərvətinin 28,6%-ni, yəni 4,1 milyardını itirən Lisinın gəlirlərinə Ukrayna-Krım olayları təsir edə bilməyib. Bu müddət ərzində gəlirlərini 18,1 milyon dollar (0,2%) artıran milyarder hazırda Rusiya Olimpiya Komitəsinin vitse-prezidentidir. O, 3,2 milyard dollar məbləğində tam hesablanmamış borca sahibdir. Dimitri Ribolovlev – 10,3 milyard dollarla dünyanın 112-ci, Rusiyanın 11-ci varlısı olan bu şəxs son bir ildə 21,2 milyon dollar (0,2%) pul itirib. Son olaylar müddətində isə yalnız 0,6 milyon manat qazanıb və hazırda 605 milyon dollar borcu var. 10,1 milyard dollarla dünya 116-cısı olan Sergey Qalitskiy son bir ildə gəlirlərinin 27%-ni yəni 3,7 milyard dollarını itirib. Məlum olaylar isə onun gəlir və çıxarına heç bir təsir göstərə bilməsə də 250 milyon dollar tam hesablanmamış borcu var. Ötən ilin mayın 5-dən bu günə qədər 1,8 milyard dollar (15,6%) itirən Aleksey Mordaşov 9,9 milyard dollarla dünya 119-cusudur. Kiyev olayları isə onun 26,8 milyon dollar (0,3%) itirməsinə gətirib çıxarıb. Ötən ilin sonlarından bu günə qədər 56,4 milyon dollar (0,6%) pul itirən German Xan 9,8 milyard dollarlıq sərvətə malikdir. Bir ilin statistikasına görə 1,2 milyard dollar (11,3%) itirən Xan dünya milyarderləri siyahısında 121-ci yerə xanlıq edir. Dünya milyarderləri siyahısında 145-ci olan İskəndər Maxmudovun hazırda 8,6 milyard dollar varidatı var. O, Ukrayna olayları dövründə 52,4 milyon (0,6%), ümumilikdə il ərzində isə 175,2 milyon dollar (2,0%) itki ilə üzləşib. Bundan əlavə Maxmudovun 200 milyon dollarlıq tam hesablanmamış borcunun olması ilə bağlı fikirlər var. 7,8 milyard dolları olan Qennadi Timçenko dünya 161-ci olaraq il ərzində 3,2 milyard (28,8%) dollar, son 6 ayda isə 104 milyon (1,3%) dollar itirib. Hesablamalar Timçenkonun hələ tam hesablanmamış 10,8 milyard dollara qədər borcunun olduğu deyilir. İl ərzində 2,6 milyard dollar (25,5%) pul itirən, amma Ukrayna olaylarında heç bir itki ilə üzləşməyən Vladimir Yevtuşenko hazırda 7,5 milyard dollarla dünya milyarderlərinin siyahısında 172-ci yerdədir. Ukrayna-Krım olaylarında 43,1 milyon dollar (0,6%), 365 gündə isə 1,1 milyard dollar (12,3%) itirən növbəti milyarder Aleksey Kuzmiçevdir. Hazırda onun 7,5 milyard vəsaiti var və məlum siyahıda 173-cüdür. Dünya milyarderlərinin siyahısına adı düşən sonuncu rusiyalı sərvət sahibi Oleq Deripaskadır. İl ərzində 242,2 milyon dollar (3,7%) qazanan Deripaska 6,8 milyard dollar pulu var. Amma məlum olaylarda 91 milyon dollarından (1,3%) məhrum olan bu sonuncu mogikanın tam hesablanmamış 4,7 milyard dollar borcunun olduğu deyilir. Hazırda o varlı insanların adları yer alan siyahıda 197-cidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.