Erməni yazar Ərdoğana təşəkkür etdi

8-05-2014, 10:32   

Türkiyədə həftədə bir nəşr olunan ermənilərə məxsus “Luys Magazin” qəzetinin erməni əsilli köşə yazarı Aram Kuran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana 1915-ci il hadisələri üçün verdiyi başsağlığı mesajına görə təşəkkürünü bildirib. Erməni yazar fikirlərini özünəməxsus sözlərlə ifadə edib. “Biz duadan sonra məzara su tökürük. Bu, torpağın bəsitcə sulanması deyil. Ruhların şad olması üçün rəmzi mənası olan bir əməldir. Cənab baş nazirim, siz də 23 apreldə verdiyiniz mesajla bütün dünyadakı ermənilərin ürəyinə su səpdiniz”. Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə əlaqədar ermənilərə başsağlığı mesajı vermişdi. Baş nazirin bu hərəkəti birmənalı qarşılanmamış, bu mesaja görə, Ərdoğana təşəkkür edənlərlə yanaşı, ona kəskin etirazlarını bildirənlər də olmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.