Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünyanın izlədiyi görüş (CANLI YAYIM)

11-02-2015, 22:06   
Dünyanın izlədiyi görüş (CANLI YAYIM)


Bu saatlarda dünyanın diqqəti Ukraynanın taleyinin həll edildiyi Minskdədir.

ANS PRESS-in məlumatına görə, artıq Rusiya prezidenti Vladimir Putin “normand formatı” çərçivəsində müzakirələrdə iştirak etmək üçün Minskə gəlib.

Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko da Belarusun paytaxtındadırlar.

Görüşdən əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko həmkarlarını müstəqillik sarayında qarşılayıb. Avropalı liderllər "Normand formatı" üzrə keçən danışıqlarda Moskva ilə hər hansı razılığın baş tutacağına dair qarantın olmadığını xəbərdar edir. Bununla belə Ukrayna lideri Pyotr Poroşenko Belarus prezidenti Lukaşenko ilə görüşündə Minsk danışıqlarına böyük ümidlər bəslədiyini və Minsk danışıqlarının dünyanın diplomatiya tarixinə düşdüyünü bildirib.

Lukaşenko isə öz yerində Minskin istənilən vaxt Ukraynada sülhə və gərginliyin azaldılmasına vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Görüşdən əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyi ölkələri ilə eyni mövqedən çıxış edəcəklərini , əsas məsələ heç bir şərt irəli sürmədən atəşkəs razılığının olmasını deyib.

"Normand formatı"nda Ukrayna, Rusiya, Almaniya və Fransanın liderlərinin iki dəfə görüşü olub, xarici işlər nazirləri isə 4 dəfə bir araya gəliblər.

Bu arada ABŞ-ın Avropadakı qoşunlarının komandanı bildirib ki, mart ayından başlayaraq, ABŞ ordusu, Lvov şəhəri yaxınlığında yerləşən təlim mərkəzində ukraynalı əsgərləri hazırlaşdıracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar