Anasının məşuqundan qisas aldı

8-05-2014, 10:34   

Bakı Apelyasiya Məhkəməsində 1993-cü il təvəllüdlü Alı Süleymanlı və 1985-ci il doğumlu Elçin İsmayılovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. İttihama görə, 2013-cü il yanvarın 22-də Alı Süleymanlı Biləcəridəki evlərində anası Rübabə Süleymanovanın öz məşuqu Zaur Feyzullayevlə sonu dava-dalaşla bitən telefon söhbətinin şahidi olub. Bunu eşidən Alı öz tanışı Elçin İsmayılovla bərabər “VAZ-2107" avtomobilində Zaur Feyzullayevin evinə gediblər. Maşından düşən kimi Alı və Elçin Zaura hücum edərək onu döyməyə başlayıblar. Zaur onların əlindən canını qurtararaq evə girib, bıçaq götürərək onlara hücum edib. Zaurun ardınca anası Ruqiyyə və atası Hafiz çıxıblar. Mübarizə zamanı Elçin Zaurun əlindən bıçağı alıb, ordan uzaqlaşmaq üçün maşına oturublar. Sükan arxasına oturan Alı sürətlə Ruqiyyə Feyzullayevanın üstündən keçib. Sonra isə hadisə yerindən qaçıblar, yaşlı qadın elə hadisə yerində keçinib. İstintaq zamanı Zaur Feyzullayev bildirib ki, Alının anası Rübabə Süleymanova ilə 2010-cu ildə tanış olub. Onlar iki il vətəndaş nikahında yaşayıblar, sonra isə Zaur Rübabədən ayrılıb. Ayrılmalarına baxmayaraq, Rübabə Zaura tez-tez zəng edir və hədə-qorxu gəlirmiş. Alı Süleymanlı Cinayət Məcəlləsinin 120.2-ci (şüurlu şəkildə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq), Elçin İsmayılov isə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) maddələri ilə mühakimə edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alı Süleymanlı 14 il, Elçin İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Elçin İsmayılovun cəzası 2 ilə endirilib, Alı İsmayılovun şikayəti təmin olunmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.