“Normand dördlüyü” Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyişə nail olub. Axar.az xəbər verir ki, bu barədə informasiyanı RİA-Novosti agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə tərəflərin Minskdə Ukrayna ilə bağlı imzalayacağı müqavilənin 80%-ni razılaşdırdıqlarını bildirib. O bu sənədin 10 maddədən ibarət olduğunu söyləyib. Qeyd edək ki, Minsk danışıqları artıq 13 saatdır davam edir