Belarusun paytaxtı Minskdə baş tutan 16 saatlıq zirvə görüşü “atəşkəslə” yekunlaşıb. Rusiya prezidenti Vladimir Putin, Almaniyanın baş naziri Angela Merkel, Ukraynanın dövlət başçısı Petro Poroşenko və Fransa prezidenti François Hollandenın Ukrayna böhranını müzakirə etmək üçün toplaşması nəticəsiz qalmayıb. Uzun saatlar davam edən müzakirələrdən sonra qərar çıxarılıb.
Kameraların qarşısına keçən Putin, “Ən əhəmiyyətli mövzuda razılığa gəldik”,- deyib və 15 fevraldan etibarən atəşkəs elan edildiyini açıqlayıb. Minsk zirvəsinə qatılan dörd ölkə liderindən mətbuatın qarşısına ilk çıxan Putin qeyd edib ki, cəbhə xəttində tərəflərin saxladığı ağır silahlar geri çəkiləcək.
Minsk zirvəsi, İkinci Dünya müharibəsindən sonra dünyanın bölüşdürüldüyü Yalta konfransından sonra edilən ən uzun bazarlıq olub. Bütün maddələri hələ açıqlanmayan yeni planın ən azından ilk maddəsinə görə, Ukraynanın bütün cəbhələrində yeni atəşkəs elan edilməsi gözlənilir.
musavat.com/
Röya