"ABŞ Nümayəndələr Palatasının alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram" - Əli Həsənov

12-02-2015, 15:47   
"ABŞ Nümayəndələr Palatasının alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram" - Əli Həsənov
"ABŞ Nümayəndələr Palatasının alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram"
"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Azərbaycan parlamenti, QHT-ləri də ümumi şəkildə və ya ayrı-ayrı ölkələrdəki proseslərlə bağlı müzakirələr, dinləmələr keçirirlər: "Lazım olarsa, biz də hökumət olaraq belə dinləmələr keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü müasir dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy ABŞ-da da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi ABŞ-da baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə olaraq belə müzakirələr keçirməyin bir prinsipial məqamları var: ora təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda, Azərbaycandakı mövcud vəziyyəti doğrudan da bilən və obyektiv qiymətləndirən insanlar da dəvət olunmalı, müzakirələri birtərəfli yox, neytral aparmaq lazımdır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.