Lukaşenko gecəni yuxusuz keçirdi
"Minskdə görüş iştirakçılarına şəxsən qəhvə daşımışam".
ANS PRESS-in məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Minskdə baş tutan 16 saatlıq görüşdə xüsusilə, qondarma respublikalarla bağlı müzakirələr olub.
Belarus prezidenti jurnalistlərin "gecə yata bildizinmi?" sualına da özünə xas cavab verib:
"Mən necə yata bilərəm? Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi. Ona görə də mən öz funksiyamı yerinə yetirməyə çalışırdım. Görürsünüz ki, Minskdə hər şey bölüşdürülüb və hər kəs öz işini görür", - deyə prezident söyləyib.
Mənbə
ANS PRESS