Ukrayna Donbasa muxtariyyət verilməsi və federallaşma təkliflərini rədd edib

12-02-2015, 19:13   
Ukrayna Donbasa muxtariyyət verilməsi və federallaşma təkliflərini rədd edib
Poroşenko Putinin ultimativ tonundan şikayətçidir; Avropa Birliyi Rusiyaya sanksiyaları sərtləşdirmək və Ukraynaya silah verilməsi planlarını yubatdı
Minsk danışıqlarında Ukrayna Donbasa muxtariyyət statusu verilməsi və federallaşma ilə bağlı təkliflərlə razılaşmayıb. Bu haqda mediaya açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko danışıb. Prezident “Normand formatı”nda 16 saatdan artıq davam edən görüşü “son dərəcə gərgin danışıqlar” adlandırıb. Poroşenko Ukraynaya edilən təkliflərin “ultimativ ton” daşıdığını da vurğulayıb:“Asan olmadı. Bizdə geri çəkilmə, təslim etmə kimi faktiki olaraq qəbuledilməz təkliflər verildi. Biz heç bir ultimatumu nəzərə almadan qəti şəkildə bildirdik ki, atəşkəs qeyd-şərtsiz qəbul edilməlidir”.

Minsk danışıqlarında Ukrayna Donbasa muxtariyyət statusu verilməsi və federallaşma ilə bağlı təkliflərlə razılaşmayıb. Bu haqda mediaya açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko danışıb. Prezident “Normand formatı”nda 16 saatdan artıq davam edən görüşü “son dərəcə gərgin danışıqlar” adlandırıb.

Poroşenko Ukraynaya edilən təkliflərin “ultimativ ton” daşıdığını da vurğulayıb: “Asan olmadı. Bizə geri çəkilmə, təslim etmə kimi faktiki olaraq qəbuledilməz təkliflər verildi. Biz heç bir ultimatumu nəzərə almadan qəti şəkildə bildirdik ki, atəşkəs qeyd-şərtsiz qəbul edilməlidir”.



Prezidentin sözlərinə görə, fevralın 15-dən ağır artilleriyanın geri çəkilməsi ilə müşayiət olunan atəşkəs başlayacaq. Bununla yanaşı 140 kilometrlik bufer zona yaradılacaq.



Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Birliyinin fevralın 12-si başlayan sessiyasında Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləməsinin müzakirəyə çıxarılmayacağını bildirib. “Reuters” xəbər verir ki, Qərbin sanksiyaları sərtləşdirməsinin qarşısını Minsk danışıqlarında atəşkəs haqqında razılıq əldə edilməsi alıb.

“ATƏT Ukraynaya atəşkəsi müşahidə etmək üçün daha 350 nümayəndə göndərir


F.Magerini Minsk danışıqlarının önəmli olduğunu vurğulasa da münaqişənin bütünlüklə nizamlanması üçün yetərli olmadığını da deyib. Finlandiyanın baş naziri Aleksander Stubb isə sammit başlamazdan öncə jurnalistlərə deyib ki, Avropa Birliyi hələlik Ukraynaya silah verilməsi məsələsini nə müzakirəyə çıxarmayacaq.



Minsk danışıqlarından sonra media qarşısına çıxan Almaniyanın federal kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin fevralın 15-dən atəşkəsə əməl edilməsi üçün separatçılara təzyiq göstərdiyini deyib. Danışıqların son dərəcə gərgin keçdiyini bildirən Angela Merkel sonda Fransa prezidenti Fransua Ollanda və Ukraynanın dövlət başçısı Petro Poroşenkoya təşəkkürlərini bildirib: “Onlar axan qanın durdurulması üçün nə mümkünsə etdilər. Sonda prezident Vladimir Putin də atəşkəs təklifini qəbul etmələri üçün separatçılara basqı göstərdi, beləliklə də bazar günü gecə yarısından silahların susmasına qərar verildi”.



“Onlar axan qanın durdurulması üçün nə mümkünsə etdilər. Sonda prezident Vladimir Putin də atəşkəs təklifini qəbul etmələri üçün separatçılara basqı göstərdi, beləliklə də bazar günü gecə yarısından silahların susmasına qərar verildi”


ATƏT isə fevralın sonlarına qədər Ukraynanın şərq bölgələrində duruma nəzarəti edəcək daha 350 təmsilçisini bölgəyə göndərməyi qərara alıb. Bununla da bölgədə ATƏT missiyası üzvlərinin sayı 500-ə çatdırılacaq. Xəbəri unian.net-ə açıqlamasında ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının rəhbəri Ərtoğrul Atahan deyib. Ə.Atahanın sözlərinə görə, missiya atəşkəs rejiminin qorunmasını müşahidə edəcək.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.