Rusiya optimistdir, Ukrayna və separatçılar xeyli pessimist görünür
“BBC” son Minsk danışıqlarına tərəflərin münasibətini əks etdirən reportaj hazırlayıb. Materialda deyilir ki, Rusiya mediası əldə olunmuş sülh razılığına optimist yanaşma sərgiləyir. Ukrayna mediasında, xüsusən sosial şəbəkələrdə pessimist əhval-ruhiyyə açıq sezilir.
Radio bildirir ki, Rusiyanın əksər telekanalları üçün bu mövzu aktual idi. Kremlə yaxınlığı ilə seçilən “Rossiya 24” bəyan etdi ki, ötən gecə Vladimir Putin üçün “ ən pis gecələrdən biri oldu ”, ancaq “ bugünkü səhər onun ən yaxşı səhərlərindən biridir ”.
Rusiyanın ingilisdilli “Russia Today” televiziyası Ukrayna prezidentini əsnəyən yerdə nümayiş etdirərək deyir ki, bu gecə tərəflər üçün həqiqətən də çox uzun oldu.
Rusiyanın bir çox televiziya kanalları, o cümlədən “Rossiya 24” və “LifeNews” rusiyapərəst separatçıların lideri Aleksandr Zaxarçenkonun belə bir bəyanatını verdilər ki, əgər bu dəfə də rəsmi Kiyev Minskdəki sülh sazişini pozsa, daha danışıqlara qatılmayacağıq. Onun bu bəyanatını isə separatçılara bağlı “Donetsk News Agency” yayımlamışdı.
Ciddi Maneə
Luqansk separatçılarının lideri İqor Plotnitski sülh anlaşmasını alqışladığını bildirib. “ Biz inanmasaq da, 3 ölkənin-Rusiya, Almaniya və Fransanın liderlərinə ehtiram göstəririk. Əgər onlar təminat verirlərsə ki, Ukrayna Donbasa münasibətini dəyişəcək, deməli, biz Ukraynaya şans verməliyik ”, deyə “LifeNews TV”- yə müsahibəsində cənab Plotnitski bildirib.Rusiyalı siyasi analitik Qleb Pavlovski “Interfax ” xəbər agentliyinə bildirib ki, sülh anlaşması “ şübhəsiz ki, böyük uğurdur ”, ancaq gələcəkdə ortaya müəyyən “ maneələr çıxa bilər ”.
Başqa bir siyasi analitik isə “RIA Novosti” agentliyinə deyib ki, “ bu, Rusiyanın müvəqqəti qələbəsidir ”, ancaq “ rahatlanmaq üçün hələ çox tezdir, çünki anlaşmanın həyata keçməsinə indi təminat verilib ”.
Rusiya müxalifətinin fəallarından olan İlya Yaşin “Twitter”də sülh anlaşmasını “ kövrək ” anlaşma adlandırıb: “ Bu, sadəcə uydurmadır ”
Ukrayna parlamentinin deputatı Seriy Paşinski sülh anlaşmasını alqışladığını bildirsə də, qeyd edir ki, “ atəşkəs qüvvəyə dinməyincə ” nəyəsə ümid etmək hələ tezdir. Deyə Paşinski Ukraynanın “UNIAN” agentliyinə bildirib.
Eyni əhval-ruhiyyə Ukraynanın sosial mediasında da hakimdir. Onlar sülhün baş tutacağına şübhə ilə yanaşırlar. Populyar bloqçu Texnoslav Berqamot “Twitter”də belə yazıb: “ Məndə belə bir əminlik var ki, tərəflər gələcəkdə bir-birini razılaşmanı pozmaqda ittiham etmək üçün bu addımı atıblar ”.
Jurnalist Nastya Stanko “ Twitter ”də yazır: “ Atəşkəs fevralın 15-də qüvvəyə minir. Hələ 3 gündən çox döyüşə bilərik “.
“Twitter”də başqa bir jurnalist Miraslav Petsa yazır: “ Ən azı yaxın həftə və aylarda Ukraynanın Rusiya sərhədləri boyunca nəzarəti itirdiyi ərazilərdə yeni dondurulmuş münaqişə mövcud olacaq ”. “ Və nə qədər ki, atəşkəs qüvvəyə dinməyib bu razılıq da uydurma hesab oluna bilər ” -deyə bloqçu Katrina Kruq vurğulayıb.
Elbəyi Həsənli, musavat.com