Minsk razılaşmasına əsasən Donetskdə təhlükəsiz zona yaradılmalıdır.
Axar.az xəbər verir ki, təhlükəsiz zonada yerləşdiriləcək qoşunlar sərhəddən 50 kilometr məsafədə olmalıdır.
Ağır artilleriyanın təhlükəsiz zonada yerləşdirilməsi mümkün olmayacaq. 100 millimetr kalibrli silahlarla ordu müəyyən məsafədə təchiz ediləcək. Hər iki tərəf eyni hərbi vasitələrlə silahlanacaq.
Təhlükəsizlik zonası aşağıdakı formada olmalıdır: 100 millimetr və daha çox kalibrli silahlar - 50 kilometr, RSZO – 70 kilometr, "Tornado-S", "Uraqan", "Smerç" və "Toçka" tipli raket sistemləri – 140 kilometr.