“Kiminlə gəldi yatağa girə bilərəm” – 18+

8-05-2014, 10:51   

Müsahibələrinin birində Freddi Merkyuri söyləmişdi: “Əclaf olmaqdan xoşum gəlir. Mən uşağam, sadəcə, həmişə bunu gizlətməyə çalışmışam”... Bəli, o, ikiüzlü idi... Adi həyat onun üçün maraqsız idi, qoy, səs-küy olsun. Beləcə, Freddi Merkyuri öz həyatını böyük şouya çevirdi... O, ətrafını “yaxın dost”larla əhatələdi, ancaq onlardan heç birinə güvənmədi. O, gey-ikona oldu, fəqət hisslərinin həqiqi obyekti kimi qadını göstərdi: “Mən heç bir kişini Merini sevdiyim kimi sevə bilmərəm”... Merkyuri artıq həyatda ikən əfsanə olmağı bacardı... İstedadlı, cazibəli, qeyri-adi Freddi Merkyuri ölümündən 20 il keçməsinə baxmayaraq, bu gün də insanları cəlb edir... Zirvəyə doğru... Gələcək istedad Faruh Balsara (əsl adı Freddi Merkyuri) 1946-cı ildə sentyabrın 5-də Zənzibar adasında (Britaniyanın Hind okeanındakı müstəmləkəsi) anadan olub. Gələcək ifaçının atası yüksək vəzifə tuturdu, tez-tez işlə bağlı səfərlərdə olurdu. Valideynləri Faruhu Müqəddəs Pyotr ingilis internatına göndərirlər. Məhz burada Balsara “Freddi”yə çevrilir. Burada oxuduğu müddətdə Freddi bir neçə yarışlarda qalib olur. Elə burada da ilk dəfə aşiq olur – o, Gita Bharuça ilə birgə xorda oxuyurdu. Və ən əsas fakt – Freddi ilk mahnısı olan “I'm Going to the Top”u yazır. “Mən zirvəyə doğru gedirəm” mənasını verən bu mahnı onun taleyinə təsirsiz ötüşmür... “Bəli, mən ulduz olmayacam. Əfsanə olacağam”... 1964-cü ildə Zanzibarda vəziyyət qarışır və Balsara ailəsi İngiltərəyə köçür, müəyyən vaxtdan sonra ailə Middseks qraflığında kiçik ev alır. On yeddi yaşlı Freddi incəsənət kollecinə daxil olmağı qərara alır. Tətillərdə isə pul qazanmaq üçün müxtəlif işlərdə çalışır. Freddi qrafiki incəsənət və dizayn fakültəsində oxumasına baxmayaraq, vaxtının çox hissəsini musiqiyə ayırırdı. İfaçının dostlarından biri onun barədə söyləyirdi: “Freddinin səsini ilk dəfə eşidəndə heyrət içindəydim! Möhtəşəm vokala sahibdir!”... Merkyuri öz geyim tərzi ilə də ətrafdakıları təəccübləndirməyi bacarırdı. Bunlarla yanaşı, Fred aradabir qürrələnirdi də. O, hamının qarşısında “ulduz” olacağını elan etmişdi. Bir dəfə Freddinin tanışlarından biri onun kədərli olduğunu görür. - “Niyə mən belə kədərliyəm? Düzdür, mən məşhur olmayacam. - Dostum, sən axı söz vermişdin! Hərəkət elə! - Bəli, mən ulduz olmayacam – Freddi təkrar edir – Ancaq mən əfsanə olacam!... 1970-ci ildə Freddi Brayan Mey və Rocer Teylorla “Smile” adlı yeni qrup yaradır. Qrupun adı Freddinin xoşuna gəlmirdi: “Mən həmişə istəmişəm ki, qrupumuz “Queen” adlansın. Bu ad gözəl səslənirdi, anında insanları cəlb edirdi. Çox gözəl anlayırdım ki, bu sözün altında homoseksuallıq da gizlənir”. Müəyyən bir vaxtdan sonra Freddi seksual azlığa aid olduğunu açıq bəyan edir. Lakin KİV-in bu mövzu ətrafında çox hərlənməsi onu qıcıqlandırırdı: “Məni daim homoseksuallarla eyni qutuya soxmağa çalışırdılar. Hər şey çox sadədir – mən bunu sevdiklərimlə edirəm”. Freddi və Meri... Merinin 19 yaşı, Freddinin 24 yaşı vardı. “Biba” mağazasının alıcılarla iş üzrə meneceri və aztanınan “Queen” qrupunun vokalçısı. Elə də gözəl olmayan sarışın xanım və hündürboy, ekstravaqant qarabuğdayı... Freddi onu öz ad gününə çağıranda qızcığaz “yox” cavabını verir. Ancaq onunla gecə klubuna getməyə nədənsə razılıq verir. Həmin andan etibarən onlar daha ayrılmırlar. “Freddinin pulu yox idi. Nə bahalı restoranları, nə dədbəbəli mənzilləri vardı. Bütün bunlar sonra oldu. Biz ən adi cütlük idi: 10 funta otaq tutmuşduq. Vanna otağı və mətbəx qonşularla ümumi idi.” İki ildən sonra sevgililər ayrıca mənzil tutdular. Freddi və Merinin bu illərki birgə həyatını bir sözlə ifadə etmək olar - “idilliya”. Freddi Merini əzizləyir, qayğısına qalır, müxtəlif cür hədiyyələr edirdi. Merkuri Merinin valideynləri ilə də tanış olur. Meri atasını nişanlısının bir az qeyri-adi xarici görünüşə malik olması barədə xəbərdarlıq etmişdi. Buna baxmayaraq, Freddinin klouna bənzər görünüşü yaşlı Ostini təəccübləndirmişdi. Ancaq Meri sevgilisinə olan bu reaksiyaya artıq
öyrəşmişdi. O, özü bu görünüşün arxasında, əslində, nəyin gizləndiyini bilirdi – gözəl insani keyfiyyətlər, mehribanlıq, diqqət və qayğıkeşlik. Və əlbəttə ki, sevgi... “Biz bilirdik ki, bir-birimizə güvənə bilərik”. Sevgilisinin konsertlərində iştirak edən Meri deyirdi: “Mən özüm də xoşbəxt idim. Populyarlığına baxmayaraq, Freddi məni seçmişdi, bununla qürur duyurdum. Ancaq tezliklə hər şey dəyişdi”... "Sevgimiz göz yaşları ilə bitdi..." Merkyurinin seksual oriyentasiyası barədə söz-söhbətlər kəsmək bilmirdi. Jurnalistlər iddia edirdi ki, Queen 30 il ərzində qadınları sevib və daha sonra “gey” olub. Digərləri isə musiqiçinin biseksual olduğunu söyləyirdi. Üçüncülər isə əsl səbəbi öyrənməyə çalışırdı... Beləliklə, rok ulduzun seskual ehtirası tezliklə üzə çıxır. Yeri gəlmişkən, bunu ən son öyrənənlərdən biri də Meri olur. Təmiz və sadəlövh Meri sevgilisi ilə münasibətlərdə nələrinsə dəyişdiyini hiss etmişdi. Freddi yaxın münasibətlərdən çəkinməyə başlamışdı. Evə səhərəyaxın gəlirdi. Nəhayət, Merkyuri Meriyə biseksual olduğunu etiraf edir. Fred keçmiş nişanlısı üçün öz yeni evinin yanında mənzil alır. İndi onlar daha heç vaxt bir yerdə olmayacaqlar, ancaq ayrılmayacaqlar da... Freddinin dosta ehtiyacı olanda Meri daim onun yanında olacaq... “Bzim sevgi hekayəmiz göz yaşları ilə bitdi. Ancaq münasibətlərimiz sevgidən daha böyük bir şeyə çevrildi. Meri mənim yeganə dostumdur. Mən heç bir kişini Merini sevdiyim kimi sevə bilmərəm”. İfaçının bioqrafları onun yüzlərlə kişi ilə münasibətdə olduğunu qeyd edirdi. “Mən kiminlə gəldi yatağa girə bilərəm. Çarpayıma altı nəfər kişi rahat sığışır. Bəzən sırf seksə görə yaşayıram” – ifaçı etiraf edirdi. Freddi Merkuri özünə, qəlbinə yaxın bir insan arzulayırdı, ancaq ona ürəyini verməyə hazır olan insanları da kənara itələyirdi. - “Mən asan aşiq oluram. Lakin sonda, məni həmişə incidirlər. Əslində, çox yumşaq insanam, ancaq səhnədə qəddar erkək obrazını canlandırıram. Bir gecəlik macəra – bax bu mənim əsl rolumdur”... Ölüm... Səs-küylü həyat tərzi Freddini alkoqol və narkotiklərə bağlamışdı. Saysız-hesabsız ehtiraslı gecə əyləncələri öz bəhrəsini verdi – QİÇS xəstəliyi... “Queen”in lideri isə xəstəliyi barədə yayılan şayiələri inkar edirdi: “Məgər mən xəstəyə oxşayıram? Bu yalandır”. Lakin sonda, təslim oldu... Və özü öz ölüm gününü seçdi. Freddi sonunun yaxınlaşdığını dərk edirdi... 1991-ci ilin 23 noyabrında Freddi Merkyuri sözügedən xəstəlikdən əziyyət çəkdiyini hamının qarşısında etiraf etdi. Pərəstişkarlarının onu bağışlayacaqlarına və dəstəkləyəcəklərinə ümid etdiyini söylədi... Növbəti gün Freddi Merkyuri vəfat edir. Merkyurinin milyonlarla pərəstişkarını nə ovuda bilərdi? Yəqin, elə ifaçının bir vaxtlar söylədiyi kəlmələr, başqa heç nə: “Əgər mənə sabah ölmək qismətdirsə, buna görə təəssüflənməyəcəm”...
[media=http://www.youtube.com/watch?v=AHWLVxg8MxA#t=65]



“Kiminlə gəldi yatağa girə bilərəm” – 18+
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.