Sarkisyana qardaş zərbəsi (VİDEO)

12-02-2015, 22:56   
Sarkisyana qardaş zərbəsi (VİDEO)
Ermənilər də Ermənistan prezidentinə qarşı petisiyaya qoşulublar
Günahsız Azərbaycan vətəndaşlarına qondarma məhkəmə təşkil edib cəza kəsən Ermənistan rəhbərliyi özü beynəlxalq hüquq qarşısında cavab verməlidir. Artıq Ermənistan prezidenti Serj Sarkisyanı hərbi cinayətkar kimi tanıdan petisiyaya 50 mindən çox imza toplanıb. Sarkisyanı cinayətkar kimi görənlər içində 30-dan çox ölkənin vətəndaşları ilə yanaşı elə ermənilər də var.

ANS TV-nin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınmasını tələb edən və BMT-yə ünvanlanan petisiyaya imzatoplama kampaniyası davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun hesablamalarına görə bu günə qədər petisiyaya 50 mindən artıq imza toplanıb. Qurumun hədəfi isə 100 min imzadır. Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınmasını tələb edən petisiyaya 30-dan çox ölkədən imzalar atılıb. Maraqlısı odur ki, Serj Sarkisyanı hərbi cinayətkar hesab edənlər və sənədə imza atanlar arasında Ermənistan vətəndaşları da var.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyir ki, petisiyaya saxta səslər qəbul olunmur: "Petisiyaya saxta səslər verilən zaman digər imzalar da silinir. Bu günə qədər saxta səslər 30 minə yaxın imzanı silib. Petisiyaya bir İP-dən yalnız bir imza atmaq olar. 100 min imza toplanandan sonra BMT Təhlükəsizlik Şurası bu məsələyə diqqət ayırmalıdı, ən azı ona reaksiya verməlidir. Əlbəttə biz düşünmürük ki, dərhal Serj Sarkisyana cinayət işi açılacaq. Hazırda Ermənistan prezidentinin toxunulmazlığı var. Amma istənilən halda qarşımıza məqsəd qoymuşuq ki, Ermənistanın iç üzünüdən xəbər tutulsun”.

Ermənistan prezidentinin hərbi cinayətkar kimi ifşa olunması məqsədilə imza toplama kampaniyasına bu ilin yanvar ayının 28-dən start verilib. Petisiyanı imzalamaq üçün son tarix isə 26 fevral müəyyənləşdirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.