Neftin bir barrelinin dünya bazarında satış qiyməti 160 dollara qalxa bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə qazaxıstanlı iqtisadçı Nuriel Rubini çıxış edib. Ekspertin sözlərinə görə, yaxın günlərdə neftin qiyməti 70 dollara kimi qalxacaq:
“Yaxın zamanlarda bu qiymətlər 70 dollara çata bilər. Amma müvəqqəti. Minsk görüşündən sonra neftin qiymətlərində artım bəlli idi. ABŞ Rusiyanı çökdürmək istəyir. Rusiyanın rezervlərinin 150 milyarda qədər enməsi çox vacibdir. Bundan sonra Rusiya bazarları boşalacaq, yeni investisiyalar lazım olacaq. Yəni Rusiya ac qurda çevriləcək. İnvestisiyalara böyük ehtiyac bu sahə ilə bağlı şərtləri bir qədər də sadələşdirəcək. Bundan başqa Rusiyada güclənən Çin şirkətlərinin ölkənin şərqində aktivliyi azaltmaq cəhdi Qərbə geniş imkanlar açacaq. Nəticədə Rusiya bazarı Qərbləşəcək. Bununla da Rusiyanın çökməsinin ikinci mərhələsi başlayacaq. Bu zaman neftin qiymətləri pik həddə çatacaq. Neftin qiyməti ilkin mərhələdə 90, sonra 130, daha sonra 160 dollaradək qalxa bilər.
Əgər bölgədə müharibə qızışsa, onda neftin qiyməti 31 dollara kimi enəcək. Hər şey martın ikinci ongünlüyündə həll olunacaq”.
- See more at: http://axar.az/news/43528#sthash.4XFeUue2.dpuf
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto