Gülər Əhmədova ilə bağlı sensasiyalı iddia

8-05-2014, 10:56   
Gülər Əhmədova ilə bağlı sensasiyalı iddia
Sabiq deputatı seçkilərə və xaricə buraxmamaq üçün ona şərti cəza verilib

Bir neçə gün bundan əvvəl adı mandate alverində əsas fiqurlardan biri kimi çəkilən sabiq deputat Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxıldı. Əksəriyyət hakimiyyətin bu addımını sabiq deputata jest və mərhəmət kimi xarakterizə etsə də, ortada başaqa nüansların olduğunu iddia edənlər də az deyil.

Gülər Əhmədovanın şərti azadlığa buraxılması ona göstərilən mərhəmət yox, əks göstəricidir. Etibarlı mənbələrdən daxil olan məlumatda deyilir ki, sabiq deputatın ittiham edildiyi maddələr normalda amnistiya aktına düşür. Amma bu o halda mümkündür ki, həmin maddələr üzrə konkret cəza ili müəyyən edilməli və şəxs həbsxanada olmalıdır. Yəni, şərti azadlıqdan məhrum edilənlərə bu akt tətbiq olunmur.

Mənbənin iddiasına görə, əgər Gülər Əhmədova şərti azadlıqdan məhrum edilməsəydi mayın 28-də veriləcək Amnistiya Aktına düşərək, rahatlıqla üzərindəki məsuliyyətən yaxasını qurtaracaqdı. “Çünki dələduzluq ağır cinayətlər sırasında deyil. Bu maddə amnistiya aktına düşür, xüsusən də himayəsində azyaşlı uşaq varsa. Üstəlik, onun yenidən seçkilərə qatılması mümkünləşəcəkdi. Lakin hakimiyyətin onunla bağlı verdiyi qərar sabiq deputatın bir-neçə il ölkədən çıxmamasını şərtləndirir. Eyni zamanda, onun seçkilərə qatılmasını əngəlləyən amildir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.