“Putin Azərbaycan və bütün post-sovet məkanını özünə yaxın saxlamaq istəyir”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.
O, hazırda Rusiyada müxalifətin olmadığını bildirib:
“Kreml Azərbaycandan öz məqsədləri üçün istifadə etmək istəyir. Bu normaldır. Yəni Rusiya indi çətin durumdadır. Qərb onu dünyadan təcrid edəcəyi ilə bağlı təhdid edir. Putin isə keçmiş sovet ölkələri ilə əlaqələri gücləndirməklə onlardan istifadə edir. Məsələn, vaxtıyla Rusiyada ərzaq problemi yarananda onlar Azərbaycandan xeyli ərzaq aparmışdılar. Həmçinin Qərbdən investisiyalar kəsildiyinə görə Moskva Bakıdan ona yatırımlar qoymasını istəyir. Səbəblər çoxdur. Züqanovun buraya gəlməsinə də nəzər yetirin. Züqanov qəribə şəxsiyyətdir. Bir yandan o kommunistdir, digər yandan isə kommunizmə nifrət edən Putini dəstəkləyir. Faktiki sürətdə o, KİV müxalifətinə çevrilib. Rusiyada hazırda müxalifət yoxdur. Ondan qabaq isə Jirinovski gəlmişdi. Onların hamısını Putin göndərir. Bununla Kreml Azərbaycanı əlində saxlayaraq hər tərəfli istifadə etmək istəyir”.