Müxalif liderdən Sərkisyana sərt cavab: “Nazarbayev səni alçaldanda susurdun”

13-02-2015, 16:21   

“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan onu erməni siyasətindəki qara qüvvə adlandıran və Təhlükəsizlik Şurasının üzvlüyündən azad edən prezident Serj Sərkisyana cavab verib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyasının iclasında çıxış edən Tsarukyan Ermənistan iqtidarı ilə sona qədər mübarizə aparacağını bəyan edib:

“Tarixin şərəfsiz və utanc verən səhifəsini qapatmaq üçün indiki Ermənistan hakimiyyətini dəyişmək lazımdır”.

Partiya sədri digər müxalifət qüvvələrinin liderləri – Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “İrs” Partiyasının sədri Raffi Ovannisyanla gələcək addımları ilə bağlı məsləhətləşmələr aparacağını da diqqətə çatdırıb.

Qaqik Tsarukyan Serj Sərkisyana ünvanladığı heç bir suala cavab verilmədiyini deyib:

“Nazarbayev onu alçaldanda da susurdu. Ötən ilin avqustunda cəbhədə vəziyyət gərgin olanda Baden-Badendəki istirahətdən niyə qayıtmadığını da deməyib. Milli valyutamız dram ucuzlaşanda da susurdu. Bütün ölkə Gümrüdəki faciədən danışanda yenə dinmədi. Hörmətli vətəndaşlar, mübarizəyə hazır olun. Bütün xalq küçələrə çıxsa, hakimiyyət dəyişəcək. Sizi bir məqsədlə - Serj Sərksiyanın istefa verməsi üçün bütün bütün qanuni yollarla mübarizə aparmağa çağırıram”.

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.