Ukraynada gedən nəhənglərin böyük müharibəsində Rusiya prezidenti Vladimir Putin qələbə qazandı.
ANS PRESS-in məlumatına görə, bu barədə Almaniyanın "Sueddeutsche Zeitung" qəzetində dərc olunan məqalədə deyilir.
Qəzet yazır ki, Ukraynada sülhə nail olmaq üçün ümumavropa təhlükəsizlik arxitekturası yaradılmalıdır, ABŞ-ın Ukrayna üzrə yürütdüyü siyasət və sanskiyalar vəziyyəti daha da gərginləşdirir.
Məqalə müəllifinin fikrincə, Ukrayna müharibəsində qalib ölkə məlumdur. Bu Rusiyadır.
"Bəli, Ukraynada əsl müharibə gedir. Gec-tec Ukrayna federallaşacaq. Bu müharibədə ABŞ və Avropa məğlub olub. Etiraf etmək lazımdır ki, Putin Ukrayna uğrunda qələbə qazandı", - deyə məqalədə bildirilir.