Separatçılar Putinin təklifini müzakirə edəcək

8-05-2014, 11:25   

Şərqi Ukraynada rusiyameylli fəallar prezident Vladimir Putinin muxtariyyət referendumunu təxirə salmaq təklifini müzakirə edəcək.
Donetsk və Luhanskda separatçıların liderləri deyib ki, onlar məsələni "xalq şurası"ndan öncə danışacaq.
Referemdumların bazar ertəsi keçirilməsi nəzərdə tutulub və bunun üçün milyonlarla səsvermə kağızları hazırlanıb.
Cənab Putin dialoq üçün lazımi şərait yaratmaq üçün referendum səsverməsinin təxirə salınmasını Klikləyin məsləhət görüb.
O, həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsini "düzgün yol" adlandırıb.
Cənab Putin açıqlamalarını, prezident sözçüsünün seçkilərin keçirilməsini "absurd" adlandırmasından sonrakı gün verilib.
Moskva "rusdilli əhalinin hüquqlarını qorumaq" şüarı ilə şərqi və cənubi Ukraynada fəaliyyətə keçib. Ukrayna höküməti isə bunu qeyri-demokratik çağırış hesab edib.
Rəsmi Kiyev həmçinin, rusiyameylli fəalların daha böyük muxtariyyət istəməsinə etiraz edib və hökümət binalarını fəallardan qurtarmaq üçün qoşunları şərqə tərəf yönəldib.
Biz Putinin dediklərini anlayırıq", Donetsk şəhərinin lideri Denis Puşilin deyib.
"O balanslı siyasətçidir. Buna görə biz təklifi xalq şurasına çıxaracağıq".
Luhanskda isə rusiyameylli qruplar bəyanatla çıxış edib, "biz bunu müzakirə edəcəyik, çünki Putin federasiya tərəfdarlarından xahiş edib, ona görə də qərarı Luhansk xalqı verəcək", RİA Novosti agentliyi yazıb.
Ağ Ev isə referendumu "qanunsuz" adlandırıb və bildirib ki, o ləğv olmalıdır, nəinki təxirə salınmalı.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk cənab Putinin sözlərini "isti hava" adlandırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.