DİA.AZ: - Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Ağstafa şəhər sakini Nofəl Quliyev ilk növbədə Gəncə Dəmiryol İnfrastrukturu Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəhbəri Aydın Cabbarovla bacanaq olduğunu bildirib. DİA AZ bildirir ki, daha sonra isə ərizəsində N.Quliyev A.Cabbarovun eyni zamanda həm məişət pozğunluğuna, həm də dələduzluq əməllərinə dair ağır ittihamlar irəli sürüb:
“Yazıb sizə bildirmək istəyirəm ki, mən Quliyev Nofəl İsmayıl oğlu Ağstafa Dəmiryol vağzalında kiçik bir kafe icarəyə götürüb işləyirəm. Ailə üzvlərimi güclə dolandırıram. Yoldaşım, Yolçuyeva Sona Cəlal qızı, gözəllik salonunda işləyirdi. Nigahımızdan 21 yaşında bir oğlumuz var. Oğlum Gəncə Dövlət Universitetinin 3-cü kursunda oxuyur. Çətinliklə də olsa uşağımızı oxuduruq.
Mənim bacanağım Cabbarov Aydın Kazım oğlu Gəncə - Böyük Kəsik dəmiryol stansiyasının RC-SC-nin rəisi vəzifəsində işləyir. Bir neçə dəfə mən evə gələndə onu bizdə, mənim yoldaşımla bir yerdə görmüşəm, həmin halı mənim anam və bacım da görüblər. Mən Cabbarov Aydından soruşanda ki, mən evdə olmayanda sən nə üçün gəlirsən bizə, o isə sərt şəkildə yaxşı edirəm çay içməyə gəlmişəm. Halbuki onun evindən bizim evimizin arası 50-60 metr yoxdur. Mən deyəndə ki, niyə gedib çayı evində içmirsən, o isə mənə bura xoşdur cavabını verib. Son 2 ayda mənim ailəmdə həyat yoldaşımla münasibətim tam soyuqlaşdı. Dekabrın 4-ü günü yerimdəm durub gördüm ki, yoldaşım Sona evdən paltarlarını, mənə məxsus olan maşının, evin sənədlərini, oğlumun noutbukunu, az miqdarda pulumu götürüb qaçmışdır. Hələ də yeri məlum deyil.
Həmin ərəfədə mənim həyat yoldaşım Sona, Ağstafa sakinlərindən küllü miqdarda (60 min manata qədər) pul və əlavə qızıl, brilyant əşyalrını dələduzluq yolu ilə alıb aldadaraq qaçmışdır. Şəhərdə gəzən söhbətlərə görə bu işlərin də başında Aydın Cabbarov və onun yoldaşı Natella xanım durur. Bu işlə əlaqədar bütün zərərçəkənlərlə görüşmüşəm. Onlar da təsdiq edirlər ki, Sona bu pulları Aydının və bacısı Natellanın adı ilə alıb. Mənim həyat yoldaşımı bu işlərə Aydın Cabbarov vadar edib. Aydın Cabbarov işlədiyi tez bir zamanda vəzifəsindən su-istifadə edərək, Ağstafa rayonunda iki ev, Gəncədə bir ev, Bakıda bir ev alıb. Şəhər sakinlərinin dediklərinə görə, hətta mənim həyat yoldaşıma da məndən xəbərsiz Bakıda ev alıb. Bu haqda hələ dəqiq məlumatım yoxdur.
Mən Azərbaycan vətəndaşı olmağımla qürur duyuram. Oğlum Afərə yazığım gəlir. Bu işləri eşidəndə özünü öldürəcəyini söyləyir. Bir sözlə, Aydın Cabbarov və onun xanımı mənim 20 illik xoşbəxtliyimə son qoyub. Ona görə də Aydın Cabbarovun bu işlərini yazıb dövlət orqanlarına çatdırmağınızı xahiş edirəm. Ağstafa rayonunda bu məsələni çoxları bilir. Əvvəlcədən təşəkkür edirəm”
Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...