“Qafqaz ölkələrinin gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaları üçün olduqca münbit şərait var”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazev çıxış edib. O, Ermənistanın Avrasiya İttifaqının ilk qaranquşu olduğunu bildirib: “Bütün Cənubi Qafqaz ölkələrinin Avrasiya İttifaqına üzvlüyü gələcəkdə regional konfliktlərin həllinə kömək edəcək. Əgər bizim vahid iqtisadi məkanımız, sərhədlərimiz olsa, Gürcüstanın dezinteqrasiyasının qarşısı alınmış olar. Bu, eyni zamanda Azərbaycan və Ermənistan arasında problemləri də aradan qaldırar. Məncə, Avrasiya İttifaqına daxil olmadan Cənubi Qafqazdakı problemlərin həlli mümkün deyil”. Xatırladaq ki, Qarabağ problemi SSRİ zamanında – “vahid iqtisadi məkan və sərhəd” zamanı - yaradılıb və Azərbaycan ərazisi məhz rus-sovet qoşunlarının dəstəyi ilə işğal olunub.