ANS TV-nin məlumatına görə, komitə sədrləri, millət vəkilləri, partiya sədrləri, QHT nümayəndləri, ekspertlərin qatıldığı müzakirələrdə Azərbaycanın Birləşmiş Ştatlardan strateji tərəfdaş kimi gözləntilərinin olduğu vurğulanıb. İlk növbədə Minsk qrupu həmsədr dövləti kimi Dağlıq Qarabağla bağlı, daha sonra isə Azərbaycanda sabitlik, təhlükəsizliklə bağlı, ikili standartların aradan qaldırılması üçün əməli fəaliyyət görülməsi istənilib. Bəzi millət vəkilləri iki dövlət arasında münasibətlərin bəyanatlarla deyil, dialoq yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. ABŞ-ın son günlər Azərbaycana qarşı sərgilədiyi bəzi mövqeləri əsas gətirərək, Qərbi sərt tənqid edənlər də oldu.
Millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ı, Rusiyanı və Fransanı Minsk qurupuna həmsədr kimi qəbul edən zaman səhvə yol verdiklərini deyib.
Millət vəkili Zahid Oruc Azərbaycanı anti-Rusiya blokuna və eyni zamanda anti-İran blokuna qoşmaq istəklərinin olduğunu amma bunun alınmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan axı heç anti -Amerika blokunda deyil.
Komitə sədri Səməd Seyidov insan haqqlarının ümumi bəşər bir məsələ olduğunu və onun dövlətlərə qarşı bir təzyiq vasitəsi kimi istifadə edilə bilinməyəcəyini açıqladı.
Millət vəkili Siyavuş Novruzov belə məsələri bəyanatla deyil dialoqla həll edilməyin mümükünlüyündən danışdı. O bu cür məsələlərin strateji mütəffiqliyə xələl gətirə bilməyəcəyini də qeyd etdi.