"ABŞ-ın Ukrayna səfiri Ceffri Payetta falçıdır". Axar.az xəbər verir ki, bu barədə Payettanın Ukraynada Rusiya qoşunlarının olması barədə iddialarına Rusiya Müdafiə Nazirliyinin cavabında bildirilib. Bundan əvvəl, ABŞ-ın Ukrayna səfiri Ceffri Payetta öz Tvitter hesabında peykdən çəkilən görüntüləri paylaşmışdı. Həmin görüntülərdə Ukraynada Rusiya artilleriyasının olduğu əks olunmuşdu.