“Ermənistan Prezidenti Serj Sərkisyan 2018-ci ilə qədər vəzifəsindən azad edilə bilməz”. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Respublikaçılar Partiyasından millət vəkili Qaqik Minasyan bildirib. O, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın Sərkisyanı devirməklə bağlı suallarını nağıla bənzədib. Qaqik Çarukyan isə ötən gün çıxışında mövcud hakimiyyətin dərhal fəaliyyətinə son verməli olduğunu bildirib. Qeyd edək ki, gürcü mətbuatı Moskvanın İrəvana yeni sahib təyin etdiyini, Sərkisyanın Qaqik Çarukyanla əvəzlənəcəyini yazıb.