Maykl Cekson lənəti

8-05-2014, 12:52   
Maykl Cekson lənəti
İngiltərə Premyer Liqasında 13 illik macəradan sonra ikinci diviziona düşən "Fulhem" Maykl Ceksonun lənətinə tuş gəlib.

Bu fikirlər klubun sabiq sahibi Mohamed Al Fayedə məxsusdur. Sabiq "Fulhem" prezidenti klubun aşağı liqaya düşməsində əsas səbəbin M.Ceksonun heykəli ilə əlaqəli olduğunu söyləyib.

Mohamed Al Fayedin fikrincə klubun meydançası qarşısındakı Maykl Ceksonun heykəlinin götürülməsi komandanın lənətlənməsinə səbəb olub: "Bu heykəl azerkeşlər tərəfindən sevilir və hər kəsin diqqətini çəkirdi. Heykəlin götürülməsi ilə birlikdə klubun şansı da yox oldu. Mənə bu heykəlin götürüləcəyinin lazım olduğu söyləniləndə bunu qəbul etmədim. Ancaq məni dinləmədilər və heykəl götürüldü. Bunu yeni klub prezidenti Şahid Xan edib. O bunun hesabını verməlidir".

Qeyd edək ki, iki il əvvəl Al Fayed tərəfindən stadion qarşısına qoyulan bu heykəl komandanın yeni sahibi Şahid Xan tərəfindən köhnə başçıya geri qaytarılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.