İndi Ukraynada baş verənləri proqnozlaşdırmaq çətindir. Əgər Vladimir Putin Ukraynanın işğalı əməliyyatını davam etdirsə nəticədə Rusiyanın özü dağılacaq. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Skipalski keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə ancaq Putin Ukraynada gələcəkdə nələrin baş verəcəyini anlaya bilər: “Ancaq Putinin yaxın ətrafı onun başında nələri çevirdiyini anlaya bilər. Ukraynada baş verənlər və Yanukoviçin qaçmağı onun Ukrayanı Gömrük İttifaqına qoşmaqla bağlı planlarını alt-üst elədi”.
Skipalski əmindir ki, Putin hələ də Ukraynanın cənub-şərqini işğal etmək fikrindən imtina etməyib: “Hadisələrin analizi Putinin cənub-şərqi Ukraynanı işğal planından əl çəkdiyini deməyə əsas vermir. Bununla belə Putin geopolitik tələyə düşüb. Çünki bir az sonra Rusiya zəif oyunçu ilə deyil, daha güclü ilə qarşılaşacaq”.