Rusiyanın Qarabağla bağlı yeni planı

17-02-2015, 10:31   
Rusiyanın Qarabağla bağlı yeni planı

Putin münaqişənin çözülməsi üçün optimal variant üzərində işləyir
Vəfa Quluzadə: «Irəli sürülən yeni optimal həll variantı Azərbaycanın Avrasiya Ittifaqına daxil olmasını nəzərdə tutur»
Son günlər Qarabağ münaqişəsi ətrafında yeni müzakirələr başlamaqdadır. Rusiyanın aktivliyi maraq doğurur. Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır və bunun üçün böyük səylər ortaya qoyur:
ÿ"Mən bilirəm ki, hazırda Rusiya prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın və Ermənistanın liderlərinin bu ağrılı problemin həlli istiqamətində razılığa gəlmələri üçün ilkin optimal variant üzərində işləyirlər. Düşünürəm ki, nəticədə tərəflər münaqişənin həlli yolunu tapacaqlar".
Xatırladaq ki, bir müddət əvvəl də Putinin müşaviri bəyan etmişdi ki, Qarabağ problemi Azərbaycanın Avrasiya Ittifaqına daxil olması ilə həllini tapa bilər.
Bəs, Rusiya problemin həlli ilə bağlı yeni hansı addımı ata bilər?
Politoloq Vəfa Quluzadə bildirdi ki, irəli sürülən yeni optimal həll variantı da Azərbaycanın Avrasiya Ittifaqına daxil olmasını nəzərdə tutur. Məhz Azərbaycanın bu addımından sonra Rusiya Qarabağ münaqişəsinin saxta yolla həlli variantını gündəmə gətirə bilər: “Azərbaycan və Ermənistan eyni ittifaqda birləşəndən sonra Rusiya bizə vəd verə bilər ki, problem tezliklə həllini tapacaq. Azərbaycanın Gömrük Ittifaqına, Avrasiya Ittifaqına daxil olması bataqlıqda batmasına bərabər olacaq. Rusiyanın Azərbaycana edə biləcəyi güzəşt Ermənistanın ziyanına olmamalıdır. Rusiyanın diplomatiyası yalançı görüntü yaratmaqda peşəkardır”.
Ermənistanda hazırda vəziyyətin gərgin olduğunu deyən V.Quluzadə bildirdi ki, Ermənistan “nə hərb, nə sülh” vəziyyətindən çıxmaq istəyirlər. “Ona görə Rusiya elə bir plan üzərində işləyir ki, bu, Ermənistanı razı salsın və Azərbaycana da müəyyən ümidlər versin. Rusiya bundan artığını bacarmaz”, deyə V.Quluzadə bildirdi.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.