“Əsgər payı” Gəncə və Sumqayıtda açıq satışda

8-05-2014, 15:18   
“Əsgər payı” Gəncə və Sumqayıtda açıq satışda
Azərbaycan Ordusu üçün nəzərdə tutulmuş ərzaq məhsulları fərdi şəxslər tərəfindən satışa çıxarılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Gəncə və şəhərətrafı yerlərdə, habelə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində əsgərlər üçün nəzərdə tutulan və satışı qadağan olunan ərzaq məhsulları satılır.

Bu xəbəri sayta əsgər yeməklərinin satışının şahidi olmuş sakinlərdən biri verib. Sakinin dediyinə görə, satışa alma cemi, pendir və bu kimi məhsullar çıxarılır. Üzərinə “Əsgər payı” sözləri yazılmış 20 qramlıq pendirin bir qutusunun pərakəndə satış qiyməti 20 qəpikdir. Xəbərlərdən belə bəlli olur ki, onun bir ədədini naməlum “hərbçi-ekspeditorlardan” 6-7 qəpikdən götürürlər.

Mənbə onu da əlavə edib ki, təkcə alma cemi deyil, əsgərlər üçün nəzərdə tutulan digər məhsullar - balıq, düyü, mərci, qarabaşaq, müxtəlif çeşiddə konservlər, qatılaşdırılmış süd və s. də bu qayda ilə “realizə olunur”.

Həmin məhsulları üzərində iri, qırmızı hərflərlə “Satışı qadağandır” yazılsa da, bunlara məhəl qoyan yoxdur.

Qeyd edək ki, analoji hallar bir neçə il əvvəl də olmuşdu. Bakı mağazalarında Azərbaycan Ordusu üçün nəzərdə tutulmuş Estoniya istehsalı olan konservlərin satılması halları aşkarlanmışdı. Mətbuat bu haqda yazandan sonra müvafiq qurumlar hərəkətə keçərək bu halların qarşısını almışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.