Şuşanın işğal günü toya getməyə razılaşan müğənnilər...- SİYAHI

8-05-2014, 15:29   
Şuşanın işğal günü toya getməyə razılaşan müğənnilər...
Rəsmi matəm günlərində və torpaqlarımızın işğal günündə müğənnilərimizin müxtəlif bayram və toy şənliklərində iştirak etməsi məsələsi dəfələrlə gündəmə gəlib.

Bu cür vəziyyətlərdə hər dəfə tənqid edilən incəsənət adamları görəsən bundan nəticə çıxarıbmı?

“Axar.az”ın əməkdaşı bununla bağlı Azərbaycanın tacı Şuşanın işğal günü - 8 may tarixində müğənnilərimizi “axşam saatları üçün xeyir işə” – guya toyda bir neçə mahnı oxumağa dəvət edib.


Əməkdar artist, Aybəniz Haşımova:

“Gələrdim, ancaq görürsünüz ki, səsim batıb. Güclə danışıram, belə halda necə mahnı oxuyum?”


Manaf Ağayev:

“Niyə oxumuram? Mənim işim elə gəlib oxumaqdır da! Hansı restoranda olacaq? 1000 manat verərsiniz, gəlib oxuyaram”.


Cavanşir Məmmədov:

“Bu gün Şuşanın işğal günüdür. Bu tarixdə heç yerə getmirəm və sizə də məsləhət görürəm ki, bu gün toy etməyəsiz”.


Ağadadaş Ağayevin köməkçisi

Telefon zəngimizə müğənninin özü deyil, köməkçisi cavab verdi və bildirdi ki, 3 min manat qarşılığında Ağadadaş Ağayev məclisimizdə yarım saatlıq iştirak edə bilər:

“Yarım saat üçün 3 min manat versəniz, mümkündür, özünə deyib, vaxt ala bilərəm”.


Vasif Məhərrəmli:

“2.500 manat verərsiz, gəlib oxuyaram”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.