Türkiyə parlamentində dava - VİDEO

18-02-2015, 16:07   

Türkiyə parlamentində hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının deputatları ilə Kürd Demokratik Xalq partiyasının deputatları arasında dava düşüb.

Oxu.Az-ın məlumatına görə, türk saytı “Mynet” xəbər verir ki, kürd partiyasının parlament fraksiyasının qadın üzvləri daxili təhlükəsizlik qanun-layihəsinin qapalı müzakirəsi zamanı etiraz əlaməti olaraq tribunadan uzaqlaşmamaq qərarına gəliblər.

Bu zaman iqtidar partiyasının parlament fraksiyasının üzvləri kürd deputatlara hücum ediblər.

Xalq respublika partiyasının müxalifət deputatlarından biri bütün bunları telefonuna çəkməyə başlayıb, nəticədə özü də iqtidar partiyasının deputatları tərəfindən hücuma məruz qalıb.

Dava nəticəsində 5 deputat yaralanıb, onlardan 3-ü xəstəxanaya yatırılıb.[media=https://www.youtube.com/watch?v=Kvam0wL5YOg]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.