Putin Qarabağı bizə qaytarır

18-02-2015, 16:15   
Putin Qarabağı bizə qaytarır
"Azərbaycanla Rusiya arasında dostluq münasibətləri var. Bu onunla sübut olunur ki, AŞPA-dakı nümayəndə heyətlərimiz ABŞ ekspansiyasına (ilhaq-red) qarşı vahid cəbhədən səs verirlər".

ANS PRESS-in məlumatına görə, bunu Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Nikitin deyib.

O bildirib ki, bu yaxınlarda Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının lideri Gennadi Züqanov Azərbaycanda olub və prezident İlham Əliyevlə görüşüb. Bundan əvvəl isə komitənin deputatları tam tərkibdə Bakıya gəlib:

"Biz belə nəticəyə gəlmişik ki, Azərbaycan postsovet məkanında yeganə ölkələrdən biridir ki, orada rusfobiya yoxdur. Azərbaycanda bütün millətlərdən insanlar yaşayırlar. Biz çox ümid edirik ki, Azərbaycan gələcəkdə Avrasiya İqtisadi İttifaqına qoşulacaq".

Nikitin həmçinin Dağlıq Qarabağ məsələsinə də toxunub. O bildirib ki, Rusiya prezidenti və Dövlət Dumasının sədri tərəfindən hər iki ölkə üçün çox ağrılı problemin həlli istiqamətində tədbirlər görülür: "Azərbaycan və Ermənistan arasında optimal variant tapmaq barədə işlər görülür. Düşünürəm ki, sonda Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq",- deyə Nikitin söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.