Floridanın keçmiş qubernatoru Ceb Buş ABŞ Prezidenti Barak Obamanın xarici siyasət xəttinin qorxaq və qərarsız olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Röyter agentliyi yayıb. Onun sözlərinə görə, ABŞ yenidən dünyada liderliyi ələ keçirməlidir: “Mənim əsas vəzifəm Amerikanın əsas aparıcı rolunu bərpa etmək üçün çıxış yolu tapmaqdır. Bu məsələ həmişəkindən daha çox vacibdir”. Qeyd edək ki, Ceb Buş ABŞ-ın 43-cü prezidenti olan kiçik Corc Buşun qardaşıdır.