Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon şöbəsində pul toplanır

18-02-2015, 23:47   
Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon şöbəsində pul toplanır
Daxil olan məlumata əsasən Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon şöbəsindən hər bir işçidən ayın sonunda 25 manat pul toplanır. Şikayət edən işçilər deyirlər ki, onlar hər ay 118 manat vəzifə üzrə əmək haqqı alırlar. Lakin şöbənin rəisi hər bir işçidən ayın sonunda 25 manat pul toplayır. Toplanmış pulların isə şöbə rəisi Əhməd Ramazanovun adı ilə guya bu il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq (?) məqsədilə həyata keçirildiyi söylənilir. Daxil olan informasiyaya əsasən rayondakı mədəniyyət işçilərinə deyiblər ki, mədəniyyət və turizm təşkilatı olduğundan bu sahədə hazırlıqlar da məhz idarənin üzərinə düşür.
Mövzu ilə bağlı daha ayrıntılı faktları sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
xalqxeber
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.